Məhəmməd Salahın 150-ci oyununda ‘Liverpul’ uduzub

Məhəmməd Salahın 150-ci oyununda ‘Liverpul’ uduzub

İyulun 15-də futbol üzrə İngiltərə Premyer Liqasının 36-ci turunun mərkəzi qarşılaşması keçirilib.
 
“Arsenal” klubu öz meydanında “Liverpul” komandasını qəbul edib. “Emirates” stadionunda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hər üç top ilk yarıda vurulub. Hesabı 20-ci dəqiqədə qonaq komandadan Sadio Mane açıb. 32-ci dəqiqədə Aleksandr Lyakazett bərabərlik, 44-cü dəqiqədə Rayss Nelson qələbə qoluna imza atıb.
 
Bu Məhəmməd Salahın “Liverpul”un heyətində keçirdiyi 150-ci oyunu olub.
 
“Liverpul” 93 xalla 1-ci, xalını 53-ə çatdıran “Arsenal” isə 9-cudur. /azertac/

Google+ WhatsApp ok.ru