Məhərrəm ayının 7-ci gecəsi– Həzrət Əliəsğər

Məhərrəm ayının 7-ci gecəsi– Həzrət Əliəsğər

Adətən, Məhərrəm ayının 7-ci gecsəi Kərbəla şəhidlərinin xatirəsinə həsr olunmuş əzadarlıq məclislərində “Kərbəlanın kiçik hacətlər qapısı” həzrət Əliəsğərin rövzəsi deyilir və o həzrətin şəhadətindən danışılır.
 
Aşura günü İmam Hüseyn (ə) dostları və köməkçilərinin şəhid olduğunu və onlardan qadınlar və xəstə oğlu İmam Səccaddan (ə) başqa, kimsənin qalmadığını gördüyü zaman səsləndi:
 
هَلْ مِنْ ذَابٍّ یَذُبُّ عَنْ حَرَمِ رَسُولِ اللَّهِ صلی الله علیه وآله؟ هَلْ مِنْ مُوَحِّدٍ یَخَافُ اللَّهَ فِینَا؟ هَلْ مِنْ مُغِیثٍ یَرْجُو اللَّهَ بِاِغَاثَتِنَا؟ هَلْ مِنْ مُعِینٍ یَرْجُو مَا عِنْدَ اللَّهِ فِی اِعَانَتِنَا؟
 
“Allah Rəsulunun (s) hərəmini müdafiə edən bir kəs yoxdurmu? Sizin aranızda Allahdan qorxan və bizə zülmü rəva görməyən bir kimsə varmı? Allaha xatir bizim imdadımıza yetişən bir kəs varmı? Allah dərgahındakılara ümid edərək bizə yardım etmək istəyən bir kəs varmı?”
 
İmam (ə) qadınların ağlaşma və nalə səslərini eşitdikdə, xeymələrə yaxınlaşdı və buyurdu:
 
نَاوِلُونِي عَلِيّاً، ابْنِيَ الطِّفْلَ حَتَّى أُوَدِّعَهُ
 
"Kiçikyaşlı oğlum Əlini mənə verin ki, onunla vidalaşım."
 
Oğlunu yanına gətirdilər. Övladını öpdüyü halda buyurdu:
 
وَيْلٌ لِهَؤُلَاءِ الْقَوْمِ إِذَا كَانَ خَصْمَهُمْ جَدُّكَ مُحَمَّدٌ الْمُصْطَفَى 
 
“Cəddin Allah Rəsulunun (s) düşmənçilik etdiyi bu zülmkar dəstənin vay halına!”
 
Hələ körpə İmamın (ə) qucağında aram olmamışdı ki, Hərmələ ibn Kahil Əsədi uşağı nişan aldı, atdığı ox onun boğazını üzdü. Qan axmağa başladı. İmam (ə) əlini onun boğazının altına tutdu və ovcu qanla doldu. Sonra ovcundakı qanı göyə doğru səpdi və dedi:
 
اَللّهُمَّ إِنْ حَبَسْتَ عَنَّا النَّصْرَ فَاجْعَلْ ذلِكَ لِما هُوَ خَيْرٌ لَنا
 
“İlahi! Əgər bu dünyada (zahirdə) biz bu qövmə qələbə çalmasaq belə, ondan daha yaxşısını bizə ruzi et (bizə nəsib et)!”
 
Digər bir rəvayətdə qeyd edilir ki, İmam (ə) əllərini körpənin boğazı altına tutdu və buyurdu:
 
يا نَفْسُ اِصْبِري فيما أَصابَكِ، اِلهي تَرى ما حَلَّ بِنا في الْعاجِلِ فَاجْعَلْ ذلِكَ ذَخيرَةً لَنا في الاْجِلِ
 
“Ey nəfs! Bütün bu müsibətlər müqabilində səbirli ol! Sən görürsən ki, bu fani dünyada bizim üçün hansı müsibətlər baş verdi. Belə olduğu halda, onu Qiyamət günü üçün ehtiyat saxla!” ("Məalis-sibtəyn", c.1, səh.419.)
 
Başqa bir rəvayətdə İmamın (ə) belə buyurduğu yazılır:
 
اَللّهُمَّ أَنْتَ تَعْلَمُ أَنَّهُمْ دَعَوُنَا لِيَنْصُرُونا فَخَذَلُونا وَ أَعانُوا عَلَيْنا، اَللّهُمَّ احْبِسْ عَنْهُمْ قِطَرَ السَّماءِ، وَ احْرِمْهُمْ بَرَكاتِكَ، اَللّهُمَّ لا تُرْضِ عَنْهُمْ أَبَداً، اَللّهُمَّ إِنَّكَ إِنْ كُنْتَ حَبَسْتَ عَنَّا النَّصْرَ في الدُّنْيا، فَاجْعَلْهُ لَنا ذُخْراً فِي الاْخِرَةِ وَ انْتَقِمْ لَنا مِنَ الْقَوْمِ الظّالِمينَ
 
"İlahi! Sən onların bizə yardım etmək üçün bizi dəvət etdiyini, amma bizi tərk etdiyini, bizim müqabilimizdə daynadığını bilirsən. İlahi! Asimanın yağışını onlardan əsirgə, bərəkətlərindən məhrum et! İlahi! Əsla onlardan razı olma! İlahi! Əgər dünyada qələbəni bizdən əsirgədinsə, onu bizim axirətimiz üçün zəxirə et və zalım dəstədən bizim intiqamımızı al!" ("Yənabiul-məvəddəh", c.3, səh. 77.)
 
Körpə Əliəsğərin şəhadətindən sonra, İmam Hüseyn (ə) atından yerə endi və qılıncın qını ilə kiçik bir qəbir qazdı və körpəni qanına boyadı və dəfn etdi. (“Məqtəlul-Huseyn”, Xarəzmi, c.2, səh.32; "Biharul-ənvar", c.45, səh.46.)
 
Əllamə Məclisi əlavə edir: İmam (ə) buyurdu:
 
هَوَّنَ عَلَيَّ مَا نَزَلَ بِي أَنَّهُ بِعَيْنِ اللَّهِ
 
"Bu müsibət mənim üçün asandır, çünki Allahın hüzurunda baş vermişdir."
 
İmam Baqir (ə) buyurmuşdur:
 
فَلَمْ یَسْقُطْ مِنْ ذَلِکَ الدَّمِ قَطْرَةٌ اِلَی الْاَرْضِ
 
"İmamın (ə) göyə tərəf səpələdiyi Əliəsğərin qanından bir qətrə də yerə düşmədi." ("Biharul-ənvar", c.45, səh.46-47; "Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi", Ayətullah Məkarim Şirazi, səh.800-805.))
 
Maide.az
 

Google+ WhatsApp ok.ru