Məhəmməd Əli Əl-Husi: 'ABŞ Yəməndə sülh naminə heç bir addım atmadı'

Məhəmməd Əli Əl-Husi: 'ABŞ Yəməndə sülh naminə heç bir addım atmadı'

Yəmən Ali Siyasi Şurasının rəhbəri ABŞ rəsmilərinin bu günə qədər Yəməndə sülhün təmin edilməsi üçün heç bir addım atmadıqlarını və onların verdiyi açıqlamalarının yalnız medianın istifadəsi üçün olduğunu söyləyib. Əli Əl-Husi çıxışında bildirib ki, ABŞ Yəməndə sülhün təmin edilməsi üçün bir addım belə atmayıb.
 
"Deyerler.org"un Yaxın Şərq KİV-nə istinadən verdiyi xəbərə görə, Əl-Husi ABŞ-ın Yəmən xalqına hücum etməsini və bölgədəki təsir alətləri ilə Yəmənin bəzi bölgələrini işğal etməsini bildirərək, ölkəyə qarşı hücumların qarşısını almaqla, mühasirəni aradan qaldırmaqla, ölkəyə dərman, qida və yanacaq idxal etməklə sülhün təmin edilıməsini sübut etmə imkanına malik olduğunu söyləyib.
 
Xatırladaq ki, ABŞ Dövlət katibi Entoni Blinken yaxın vaxtlarda Səudiyə rejiminin koalisiyasının Yəmənə hücumundan bəhs etmədən Yəmən Milli Qurtuluş hökumətini Yəməndə atəşkəsə razılaşmağa və siyasi danışıqlara başlamağa çağırdı.
 

Google+ WhatsApp ok.ru