Macarıstanda etiraz aksiyası keçirilib

Macarıstanda etiraz aksiyası keçirilib

Macarıstanın paytaxtı Budapeştdə hökumətin istefası tələbi ilə   aksiya keçirib.
 
Maide.Az xəbər verir ki,  aksiya iştirakçıları hökumətin sionist rejimin  “Pegasus” casus proqramını istifadə etməsinə etiraz  edib, hökumətin jurnalistlər, vəkillər və tacirlərə nəzarət üçün bu proqramdan gizlicə istifadə etməsinə görə istefasını  tələb ediblər. 
 
Aksiyada mindən çox insan iştirak edib. 
 
Qeyd edək ki, dünyanın müxtəlif bölgələrində insan haqları müdafiəçiləri və media azadlığı təşkilatları sionist rejimin özəl NSO Group şirkətinin Pegasus izləmə proqramı vasitəsilə jurnalistlərin, vəkilərin, tacirlərin və siyasi partiya üzvlərinin hədəf alındığı xəbərlərinə görə qəzəblərini ifadə edir.    
 

Google+ WhatsApp ok.ru