Magistral yollarda sürət həddi endirildi 28 Sentyabr 2021 10:16 Xəbərlər Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib. Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir: “Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir”. Teqlər : #Magistral,#yollarda,#sürət,#həddi,#endirildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gürcüstan İrəvanla Bakı arasında platforma yaratmağı təklif edir Avtovağzallarda COVID pasportu olmayanlara bilet satışı qadağan ediləcək - RƏSMİ