Malayziyada Nazirlər Kabineti istefaya gedib

Malayziyada Nazirlər Kabineti istefaya gedib

Malayziyada Nazirlər Kabineti istefaya gedib. 
 
Maide.Az xəbər verir ki, Malayziyanın Baş naziri Muhiddin Yassin bu gün vəzifəsini tərk edib və bununla bağlı Ali hökmdara müraciət edib. 
 
Xatırladaq ki, ötən həftə Malayziya parlamentinin sentyabrın 7-də Nazirlər Kabinetinə etimadsızlığın göstərilməsi barədə məsələni müzakirəyə çıxaracağı elan edilib. Mütəxəssislərin bildirdiyinə görə, Muhiddin Yassin 222 deputatdan yalnız 100-nün dəstəyinə ümid edə bilər.
 
Qeyd edək ki, ötən ilin əvvəllərində həmin vaxt hökumətə rəhbərlik edən Baş nazir Mahathir Məhəmmədin vəzifədən istefa verməsi ölkədə siyasi böhrana səbəb olub. O, həmin vaxt “Ümid alyansı” Partiyasının sədi vəzifəsini də tərk edib. Ölkədə mövcud olan ənənələrin ziddinə olaraq həmin vaxt Ali rəhbər müstəqil şəkildə Muhiddin Yassini yeni Baş nazir təyin edib.
 
“Ümid alyansı” Partiyasının yeni lideri Ənvər İbrahim isə parlamentdə daha böyük səs çoxluğuna malik olmasını əsas gətirərək sentyabrda vaxtından əvvəl seçkilərin keçirilməsini tələb edir.
 
 

Google+ WhatsApp ok.ru