İmam Əlidən (ə) 12 hədis-5

İmam Əlidən (ə) 12 hədis-5

1. Alimlər iki dəstədirlər...

İmam Əli (ə) alimləri dərəcələrə ayırıb, dəstələrə bölərkən belə buyurmuşdur:

الْعُلَماءُ رَجُلانِ، رَجُلٌ عالِمٌ آخِذٌ بِعِلْمِهِ فَهَذا ناج وَ رَجُلٌ تارِكٌ لِعِلْمِهِ فَهَذا هالِكٌ وَ اِنَّ اَهْلَ النَّارِ لَيَتَأَذَّونَ مِنْ ريحِ الْعالِمِ التّارِكِ لِعِلْمِهِ وَ إِنَّ أَشَّدَ أَهْلَ النّارِ نَدامَةً وَ حَسْرَةً رَجُلٌ دَعا عَبْدَاً إِلى اللّهِ سُبْحانَهُ فَاسْتَجابَ لَهُ وَ قَبِلَ مِنْهُ فَأَطاعَ اللَّهَ فَأَدْخَلَهُ اللَّهُ الْجَنَّةَ وَ أَدْخَلَ الدّاعىَ النّارَ بِتَرْكِهِ عِلْمَهُ

“Alimlər iki dəstədirlər: Birinci dəstə öz bildiklərinə əməl edib nicat taparlar. İkinci dəstə isə elmlərinə əməl etmədikləri üçün həlak olarlar. Şübhəsiz, Cəhənnəm əhli əməlsiz alimin pis qoxusundan əzab çəkər. Həqiqətən, Cəhənnəmdə ən peşman, ən həsrət çəkən şəxs o şəxsdir ki, başqalarını Allah-Taalanın yoluna dəvət edər və onlar da bu dəvəti qəbul edib Allaha itaət edərlər. Sonra Allah onları Cənnətə daxil edər, amma dəvət edəni öz elminə əməl etmədiyi üçün Cəhənnəmə atar.” (“Biharul-ənvar, c.2, səh.34.)

2. İnsanların ən pisi

İmam Əli (ə) buyurmuşdur:

شَرُّ النَّاسِ مَن لایُرجِ خَیرُهُ وَ لایُومَنُ شَرُّهُ

“İnsanların ən pisi xeyir işlərinə ümid bəslənilməyən və şər işləri ilə təhlükəsizliyi pozan kəsdir.” (“Qurərul-hikəm”, c.1, səh.559.)

3. Nemətlərin şükrü

İmam Əli (ə) buyurmuşdur:

شُکرُ کُلِّ نِعمَة اَلوَرَعُ عَن مَحارِم اللهِ

“Hər bir nemətin şükrü ilahi haramlardan çəkinməkdir.” (“Mişkatul-ənvar”, səh.32.)

4. Alimin şükrü

İmam Əli (ə) buyurmuşdur:

شُکرُ العالِمِ عَلی عِلمِهِ، عَمَلُهُ بِهِ وَ بَذلُهُ لِمُستَحِقِّهِ

“Alimin öz elminə şükrü ona əməl etməsi və elmini layiq olanlara öyrətməsidir.” (“Mizanul-hikmə”, c.5, səh.407.)

5. Allah-Taalanın hər bir nemətdə şükür haqqı vardır...

İmam Əli (ə) buyurmuşdur:

يَا أَيُّهَا اَلنَّاسُ إِنَّ لِلَّهِ فِي كُلِّ نِعْمَةٍ حَقّاً فَمَنْ أَدَّاهُ زَادَهُ وَ مَنْ قَصَّرَ عَنْهُ خَاطَرَ بِزَوَالِ اَلنِّعْمَةِ

“Ey insanlar! Həqiqətən, Allah-Taalanın hər bir nemətdə şükür haqqı vardır ki, hər kim onu yerinə yetirsə, Allah həmin neməti onun üçün artırar. Kim o haqqı yerinə yetirməkdə səhlənkarlıq etsə, həmin neməti məhv olmaq və əldən çıxmaq təhlükəsinə atar.” (“Tuhəful-uqul”, c.1, səh.206.)

6. Sirri qorumaqda möhkəm ol!

İmam Əli (ə) buyurmuşdur:

مَن ضَعُفَ عَن حِفظِ سِرِّهِ لَم يَقْوَ لِسِرِّ غَيرِهِ

“Hər kəs öz sirrini qorumaqda zəifdirsə, başqalarının da sirrini qoruya bilməz.” (“Qurərul-hikəm”, c.2, səh.225.)

7. Təkrar qınaq təsirsiz olar

İmam Əli (ə) buyurmuşdur:

إِيّاكَ أَنْ تُكَرِرَ الْعَتْبَ فَإِنَّ ذلِكَ يُغرى بِالذَّنْبِ وَيُهَوِّنُ بِالْعَتْبِ

“Təkrаr qınamaqdan çəkin. İnsаnı həddən аrtıq qınаyıb dаnlаmаq günаhkаr şəxsi öz pis əməlində dаhа dа cəsаrətli edir, məlаməti təsirsiz hаlа sаlır.” (“Qurərul-hikəm”, səh.278.)

8. Qiyamət gününün ən böyük peşmançılığı

İmam Əli (ə) buyurmuşdur:

إِنَّ أَعْظَمَ الْحَسَرَاتِ يَوْمَ الْقِيَامَةِ حَسْرَةُ رَجُلٍ كَسَبَ مَالاً فِي غَيْرِ طَاعَةِ اللهِ، فَوَرَّثَهُ رَجُلاً فَأنْفَقَهُ فِي طَاعَةِ اللهِ سُبْحَانَهُ، فَدَخَل بِهِ الْجَنَّةَ، وَدَخَلَ الاوَّلُ بِهِ النَّارَ

“Qiyamət gününün ən böyük peşmançılığı var-dövlətini haram yolla qazanan şəxsin peşmançılığıdır; belə ki, digəri onu irs aparıb Allaha itaət yolunda xərc çəkərək Cənnətə, haram var-dövləti qazanan isə Cəhənnəmə gedəcək.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 421.)

9. Çalış öz eybini gör...

İmam Əli (ə) buyurmuşdur:

مَنْ نَظَرَ فِى عَيْبِ نَفْسِهِ اشْتَغَلَ عَنْ عَيْبِ غَيْرِهِ...

“Öz eyiblərinə bаxаn kəs bаşqаlаrının eyiblərinə göz yetirməz. (“Nəhcül-bəlаğə”, qısa kəlamlar 341.)

10. Bidət əhli kimdir?

İmam Əli (ə) buyurmuşdur:

امَّا اهْلُ الْبِدْعَةِ فَالُمخالِفُونَ لِامْرِ اللَّهِ، وَ لِكِتابِه‏، وَ رَسُوله، الْعامِلُونَ بِرَأْيِهِمْ وَ اهْوائِهِمْ وَ انْ كَثُرُوا

“Allahın göstərişləri, Allahın kitabı (Qurani-Kərim) və Allahın Rəsulu ilə müxalifətçilik edən, öz nəzər və istəklərinə əməl edənlər bidət əhlidirlər, hətta onların sayı çox olsa belə!” (Mizanul-hikmət”, c.1, səh.381, fəsil 329, hədis 1632.)

11. İffətini qoruyan şəxsin məqamı və savabı

İmam Əli (ə) buyurmuşdur:

مَا الْمُجَاهِدُ الشَّهِيدُ فِي سَبِيلِ اللَّهِ بِأَعْظَمَ أَجْراً مِمَّنْ قَدَرَ فَعَفَّ، لَكَادَ الْعَفِيفُ أَنْ يَكُونَ مَلَكاً مِنَ الْمَلَائِكَةِ

“Allah yolunda cihad edib şəhid olanın savabı günaha qüdrəti olduğu halda öz iffətini (və namusunu) qoruyanın savabından çox deyil. İffətli (və namuslu) insan iffətinə (və namusuna) görə mələklərdən biri olmağa daha yaxındır.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 474.)

12. Bəzi bəndələrə əta olunan xas nemətlər

İmam Əli (ə) buyurmuşdur:

إِنَّ لِلَّهِ عِبَاداً يَخْتَصُّهُمْ بِالنِّعَمِ لِمَنَافِعِ الْعِبَادِ، فَيُقِرُّهَافِي أَيْدِيهِمْ مَا بَذَلُوهَا، فَإِذَا مَنَعُوهَا نَزَعَهَا مِنْهُمْ، ثُمَّ حَوَّلَهَا إِلَى غَيْرِهِمْ.

“Allahın bəzi bəndələri var ki, onlara xas nemətlər bağışlayar ki, bəndələrə xeyir yetirsinlər. Onlar nə qədər ki, (həmin nemətlərdən ehtiyaclılara) bağışlayarlar, Allah həmin nemətləri onların əllərində saxlayar. Həmin nemətləri əsirgəyəndə isə, onları onlardan alıb başqalarına həvalə edər (ki, möhtacların yolunda sərf etsinlər).” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 417.)

Maide.az – Maarif bölümü

 

 

Google+ WhatsApp ok.ru