İmam Hüseynə (ə) ağlamağın mükafatı

İmam Hüseynə (ə) ağlamağın mükafatı

Mismə ibn Əbdülməlik Kirdin Bəsri nəql edir ki, İmam Sadiq (ə) mənə buyurdu:

يَا مِسْمَعُ أَنْتَ مِنْ أَهْلِ الْعِرَاقِ أَمَا تَأْتِي قَبْرَ الْحُسَيْنِ (ع):

“Ey Mismə! Sən iraqlısan, İmam Hüseynin (ə) qəbrinin ziyarətinə gedirsənmi?”

Dedim:

لَا أَنَا رَجُلٌ مَشْهُورٌ عِنْدَ أَهْلِ الْبَصْرَةِ وَ عِنْدَنَا مَنْ يَتَّبِعُ هَوَى هَذَا الْخَلِيفَةِ وَ عَدُوُّنَا كَثِيرٌ مِنْ أَهْلِ القَبَائِلِ مِنَ النُّصَّابِ وَ غَيْرِهِمْ وَ لَسْتُ آمَنُهُمْ أَنْ يَرْفَعُوا حَالِي عِنْدَ وُلْدِ سُلَيْمَانَ فَيُمَثِّلُونَ بِي

“Xeyr, mən bəsrəlilər arasında məşhur şəxsəm (məni hamı tanıyır) və bizm yanımızda elələri var ki, bu xəlifənin istəklərini icra edir (bizimlə bağlı məllumatları ona çatdırır), nasibi və qeyri-nasibilərdən olan düşmənlərimiz də çoxdur. Haqqımda Süleymanın oğluna məlumat verdikləri üçün amanda deyiləm. O, başqalarına ibrət olsun deyə mənə işgəncələr verə bilər. Elə buna görə də, ehtiyat edib, o Həzrətin ziyarətinə getmirəm.”

İmam Sadiq (ə) mənə buyurdu:

أَ فَمَا تَذْكُرُ مَا صُنِعَ بِهِ؟

“O Həzrətin başına gələn müsibətləri yad edirsənmi?”

Dedim:

نَعَمْ

“Bəli!”

Həzrət buyurdu:

فَتَجْزَعُ؟

“Heç ah-nalə edirsənmi?”

Dedim:

إِي وَ اللَّهِ وَ أَسْتَعْبِرُ لِذَلِكَ حَتَّى يَرَى أَهْلِي أَثَرَ ذَلِكَ عَلَيَّ فَأَمْتَنِعُ مِنَ الطَّعَامِ حَتَّى يَسْتَبِينَ ذَلِكَ فِي وَجْهِي

“Bəli! And olsun Allaha, o Həzrətin müsibətlərini xatırlayarkən o qədər naraht olur və qəmlənirəm ki, əhli-əyalım belə narahat olduğumu hiss edir, halım o qədər dəyişir ki, yeməkdən əl çəkirəm. Narahat və qəmli olmağım üzümdə belə görünür.”

Həzrət buyurdu:

رَحِمَ اللَّهُ دَمْعَتَكَ أَمَا إِنَّكَ مِنَ الَّذِينَ يُعَدُّونَ مِنْ أَهْلِ الْجَزَعِ لَنَا وَ الَّذِينَ يَفْرَحُونَ لِفَرَحِنَا وَ يَحْزَنُونَ لِحُزْنِنَا وَ يَخَافُونَ لِخَوْفِنَا وَ يَأْمَنُونَ إِذَا أَمِنَّا أَمَا إِنَّكَ سَتَرَى عِنْدَ مَوْتِكَ حُضُورَ آبَائِي لَكَ وَ وَصِيَّتَهُمْ مَلَكَ الْمَوْتِ بِكَ وَ مَا يَلْقَوْنَكَ بِهِ مِنَ الْبِشَارَةِ أَفْضَلُ وَ لَمَلَكُ الْمَوْتِ أَرَقُّ عَلَيْكَ وَ أَشَدُّ رَحْمَةً لَكَ مِنَ الْأُمِّ الشَّفِيقَةِ عَلَى وَلَدِهَا

“Allah göz yaşlarına (görə sənə) rəhm etsin! Bil ki, həqiqətən də sən bizə görə qəmlənən, sevincimizə sevinən, qəmimizə qəmlənən, qorxduqlarımıza görə qorxan və əmin-amanlıqda olduğumuz zaman əmin-amanlıqda olan kəslərdən sayılırsan. Agah ol ki, ölüm zamanı ata-babalarımı başının üstündə durub səni ölüm mələyinə tapşırdığını, sənə verəcəkləri müjdənin hər şeydən üstün olduğunu, ölüm mələyinin səninlə rəftarında övladına qarşı mehriban olan anadan da mehriban və rəhmli olduğunu görəcəksən.” (“Kamiluz-ziyarat”, 32-ci bölmə, səh. 203.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru