İmam Əlinin (ə) vəsiyyətləri silsiləsindən-2

İmam Əlinin (ə) vəsiyyətləri silsiləsindən-2

Əbdürrəhman ibn Həccac belə nəql edir:
 
. عَبدُ الرَّحمنِ بنُ الحَجّاجِ: بَعثَ إلَيَّ أبُو الحَسَنِ موسى (ع) بِوَصِيَّةِ أميرِالمُؤمِنينَ (ع)  وهِيَ: بِسمِ اللّهِ الرَّحمنِ الرَّحيمِ، هذا ما أوصى بِهِ عَلِيُّ بنُ أبي طالِبٍ، أوصى أنَّهُ يَشهَدُ أن لا إلهَ إلاَّ اللّهُ وَحدَهُ لا شَريكَ لَهُ، وأنَّ مُحَمَّدًا عَبدُهُ ورَسولُهُ، أرسَلَهُ بِالهُدى ودينِ الحَقِّ لِيُظهِرَهُ عَلَى الدّينِ كُلِّهِ ولَو كَرِهَ المُشرِكونَ، صَلَّى اللّهُ عَلَيهِ وآلِهِ، ثُمَّ إنَّ صَلاتي ونُسُكي ومَحيايَ ومَماتي للّهِ رَبِّ العالَمينَ لا شَريكَ لَهُ وبِذلِكَ اُمِرتُ وأنَا مِنَ المُسلِمينَ.
 
ثُمَّ إنّي اُوصيكَ يا حَسَنُ وجَميعَ أهلِ بَيتي ووُلدي ومَن بَلَغَهُ كِتابي بِتَقوَى اللّهِ رَبِّكُم، ولا تَموتُنَّ إلاّ وأنتُم مُسلِمونَ، وَاعتَصِموا بِحَبلِ اللّهِ جَميعًا ولا تَفَرَّقوا، فَإِنّي سَمِعتُ رَسولَ اللّهِ (ص) يَقولُ: صَلاحُ ذاتِ البَينِ أفضَلُ مِن عامَّةِ الصَّلاةِ وَالصِّيامِ، و إنَّ المُبيرَةَ الحالِقَةَ لِلدّينِ فَسادُ ذاتِ البَينِ، ولاقُوَّةَ إلاّ بِاللّهِ العَلِيِّ العَظيمِ، اُنظُروا ذَوي أرحامِكُم فَصِلوهُم يُهَوِّنِ اللّهُ عَلَيكُمُ الحِسابَ.
 
اللّهَ اللّهَ فِي الأَيتامِ، فَلا تُغِبّوا أفواهَهُم ولا يَضيعوا بِحَضرَتِكُم، فَقَد سَمِعتُ رَسولَ اللّهِ (ص) يَقولُ: مَن عالَ يَتيمًا حَتّى يَستَغنِيَ أوجَبَ اللّهُ عَزَّوجَلَّ لَهُ بِذلِكَ الجَنَّةَ، كَما أوجَبَ لاِكِلِ مالِ اليَتيمِ النّارَ.
اللّهَ اللّهَ فِي القُرآنِ، فَلا يَسبِقكُم إلَى العَمَلِ بِهِ أحَدٌ غَيرُكُم.
 
اللّهَ اللّهَ في جيرانِكُم، فَإِنَّ النَّبِيَّ (ص) أوصى بِهِم، وما زالَ رَسولُ اللّهِ (ص) يوصي بِهِم حَتّى ظَنَنّا أنَّهُ سَيُوَرِّثُهُم.
 
اللّهَ اللّهَ في بَيتِ رَبِّكُم، فَلا يَخلُ مِنكُم ما بَقيتُم، فَإِنَّهُ إن تُرِكَ لَم تُناظَروا، وأدنى ما يَرجِعُ بِهِ مَن أمَّهُ أن يُغفَرَ لَهُ ما سَلَفَ.
اللّهَ اللّهَ فِي الصَّلاةِ، فَإِنَّها خَيرُ العَمَلِ، إنَّها عَمودُ دينِكُم.
 
اللّهَ اللّهَ فِي الزَّكاةِ، فَإِنَّها تُطفِئُ غَضَبَ رَبِّكُم.
 
“İmam Kazimin (ə) mənə göndərdiyi Əmirəlmöminin Əlinin (ə) vəsiyyəti belədir:
 
“Bağışlayan və mehriban Allahın adı ilə! Şəhadət verirəm ki, Allahdan başqa bir məbud yoxdur, tək və şəriksizdir. Həqiqətən, Muhəmməd Onun bəndəsi və elçisidir. Müşriklərin xoşuna gəlməsə də, bütün dinlərə qələbə çalmaq üçün onu hidayət və haqq dinlə göndərmişdir. Ona və Əhli-beytinə Allahın salamı olsun! Namazım, ibadətim, həyatım və ölümüm bütünlüklə aləmlərin rəbbi və heç bir şəriki olmayan Allaha görədir. (Çünki) buna əmr olunmuş və mən də (Onun əmrinə) təslim olanlardanam.
 
Ey Həsən! Sənə, bütün ailəmə, övladlarıma və məktubum çatacaq kəslərə rəbbiniz Allahdan qorxmağı (təqvanı) tövsiyə edirəm. (Eləcə də) imansız dünyadan getməyin və hamılıqla Allahın ipindən yapışın və ondan ayrılmayın. Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu eşitmişəm: “İki nəfər arasında sülh və əmin-amanlıq yaratmaq namaz və orucun çoxundan fəzilətlidir. ” Şübhəsiz, dini məhv edən, onun kökünü qıran ixtilaf və ayrılıqdır. Böyük və uca Allahdan başqa güc və qüvvət yoxdur. Qohumlarınıza qarşı diqqətli olub, onlara yaxşılıq edin ki, Allah da sizinlə hesabı asan etsin.
Sizə Allahı and verirəm ki, yetimləri unutmayın, onları ac qoymayın və qarşınızda xar etməyin. Çünki Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu eşitdim: “Yetimi himayəsinə götürüb, ehtiyaclarını ödəyənə Allah-Taala Cənnəti vacib edər. Necə ki, yetim malını yeyənlər üçün də Cəhənnəmi vacib etmişdir.”
 
Sizə Allahı and verirəm, Quranı unutmayın və başqaları ona əməldə sizdən irəli keçməsin!
 
Sizə Allahı and verirəm, qonşuları unutmayın ki, Peyğəmbəri-Əkrəmin (s) bu haqda xüsusi tövsiyəsi vardır. Hətta onlar haqda o qədər tövsiyə edərdi ki, biz qonşu qonşuya irs qoyacağını güman edərdik.
 
Sizə Allahı and verirəm, Rəbbinizin evini (Kəbəni) unutmayın və sağ ikən oranı boş qoymayın. Çünki ora tərk olunsa, sizə möhlət verilməyəz (Allahın əzabı gözlənilər). Oranı ziyarət edən kəsin ən az mükafatı keçmiş günahlarının bağışlanmasıdır.
 
Sizə Allahı and verirəm, namazı unutmayın ki, namaz ən yaxşı əməl və dininizin sütunudur.
 
Sizə Allahı and verirəm, zəkatı unutmayın ki, Rəbbinizin qəzəbini söndürür. (“Əl-kafi”, 7-ci cild, səh.51, hədis 7.)
 
Ardı var…
 
Maide.az – Maarif bölümü
 
Öncəki yazının BURADAN oxuya bilərsiz. 

Google+ WhatsApp ok.ru