İmam Cavadın (ə) şəhadəti münasibətilə Kazimeyndə mərasim keçirilib

İmam Cavadın (ə) şəhadəti münasibətilə Kazimeyndə mərasim keçirilib

Vilayət səmasının 9-cu nuru Həzrət İmam Məhəmməd Cavadın (ə) müsibətli şəhadətinin növbəti ildönümü münasibətilə hərəm xidmətçiləri və zəvvarların iştirakı ilə o Həzrətin  hərəmində mərasim keçirilib. 
 
Maide.Az "Aljawadain"-ə istinadən xəbər verir ki, matəm münasibərilə Həzrət İmam Cavadın (ə) qızılı günbəzinin üzərinə qara bayraq asılıb, hərəmin bütün sütunları qara parça ilə örtülüb.
 
 Əzadarlar şəhid İmam Cavada (ə) əza saxlayıblar, göz yaşı axıdıblar.  
 
Qeyd edək ki, 21 iyul  - 29 zil-qədə - İmam Məhəmməd Təqinin (ə) şəhadət günüdür.
 
 

Google+ WhatsApp ok.ru