İmam Həsən Əskərinin (ə) Həzrət Sahibəz-Zamana (ə.c.) salavat və duası

İmam Həsən Əskərinin (ə) Həzrət Sahibəz-Zamana (ə.c.) salavat və duası

اللّهُمَّ صَلِّ عَلى وَلِيِّكَ وَابنِ أولِيائِكَ الَّذينَ فَرَضتَ طاعَتَهُم، وأوجَبتَ حَقَّهُم، وأذهَبتَ عَنهُمُ الرِّجسَ وطَهَّرتَهُم تَطهيرًا. اللّهُمَّ انتَصِر بِهِ لِدينِكَ، وَانصُر بِهِ أولِياءَكَ وأولِياءَهُ وشيعَتَهُ وأنصارَهُ وَاجعَلنا مِنهُم. اللّهُمَّ أعِذهُ مِن شَرِّ كُلِّ باغٍ وطاغٍ ومِن شَرِّ جَميعِ خَلقِكَ، وَاحفَظهُ مِن بَينِ يَدَيهِ ومِن خَلفِهِ وعَن يَمينِهِ وعَن شِمالِهِ، وَاحرُسهُ وامنَعهُ أن يوصَلَ إلَيهِ بِسوءٍ، وَاحفَظ فيهِ رَسولَكَ وآلَ رَسولِكَ، وأظهِر بِهِ العَدلَ وأيِّدهُ بِالنَّصرِ، وَانصُر ناصِريهِ، وَاخذُل خاذِليهِ، وَاقصِم بِهِ جَبابِرَةَ الكَفَرَةِ، وَاقتُل بِهِ الكُفّارَ وَالمُنافِقينَ وجَميعَ المُلحِدينَ، حَيثُ كانوا وأينَ كانوا مِن مَشارِقِ الأَرضِ ومَغارِبِها وبَرِّها وبَحرِها، وَاملَأ بِهِ الأَرضَ عَدلاً، وأظهِر بِهِ دينَ نَبِيِّكَ عَلَيهِ وآلِهِ السَّلامُ، وَاجعَلنِي اللّهُمَّ مِن أنصارِهِ وأعوانِهِ وأتباعِهِ وشيعَتِهِ، وأرِني في آلِ مُحَمَّدٍ ما يَأمُلونَ وفي عَدُوِّهِم مايَحذَرونَ، إلهَ الحَقِّ آمينَ.

“İlahi, Öz vəlinə və övliyalarının övladına salavat göndər ki, Özün onlara itaəti və onların haqqını vacib sanmısan, onlardan çirkinlikləri uzaqlaşdırıb, pak-pakizə etmisən! İlahi, onu dininin himayədarı et, həm Özünə, həm də onun dostlarına, şiə və tərəfdarlarına yardımçı ol və bizi də onlara qoş! İlahi, onu hər bir zülmkar və tüğyançının, bütün yaranmışların şərindən Öz pənahında saxla, onu ön və arxadan, sağ və soldan qoru, ona pisliyi yaxın qoyma, onu qorumaqla Peyğəmbəri və xanədanını qoru, onun əli ilə ədaləti aşkar et, ona və dostlarına yardımçı ol, onu tək və köməksiz qoyanları tək və köməksiz qoy, onun əli ilə küfrün hamilərini məhv et, kafirləri, münafiqləri, dinsizləri hər nə qədər və harada olsalar – dünyanın şərqində, qərbində, quruda və suda hamısını öldür, onun vasitəsilə yer üzünü ədalətlə doldur və Peyğəmbərin (ona və Əhli-beytinə salam olsun) dinini rövnəqləndir! İlahi, bizi də onun dostları, köməkçiləri, ardıcılları və şiələri sırasına qat, məni Muhəmmədin xanədanının amal və arzularına çatacağı günü görmək üçün diri saxla və düşmənlərini qorxduğu bəlaya düçar et! Amin, ey haqq məbud!” (“Misbahul-mutəhəccid”, səh.409; “Cəmalul-usbu”, səh.300.)

Maide.az – Maarif bölümü

 

 

Google+ WhatsApp ok.ru