İmam Hadinin (ə) qunut duası

İmam Hadinin (ə) qunut duası

أَللَّهُمَّ مَناهِلُ كَراماتِكَ بِجَزيلِ عَطِيَّاتِكَ مُتْرَعَةٌ، وَأَبْوابُ مُناجاتِكَ لِمَنْ أَمَّكَ مُشْرَعَةٌ، وَعَطُوفُ لَحَظاتِكَ لِمَنْ ضَرَعَ إِلَيْكَ غَيْرُ مُنْقَطِعَةٍ، وَقَدْ اُلْجِمَ الْحِذارُ، وَاشْتَدَّ الْإِضْطِرارُ، وَعَجَزَ عَنِ الْإِصْطِبارِ أَهْلُ الْإِنْتِظارِ. وَأَنْتَ اللَّهُمَّ بِالْمَرْصَدِ مِنَ الْمُكَّار، وَغَيْرُ مُهْمَلٍ مَعَ الإِمْهالِ، وَاللّائِذُ بِكَ آمِنٌ، وَالرَّاغِبُ إِلَيْكَ غانِمٌ، وَالْقاصِدُ اللَّهُمَّ لِبابِكَ سالِمٌ. أَللَّهُمَّ فَعاجِلْ مَنْ قَدِ امْتَزَّ في طُغْيانِهِ، وَاسْتَمَرَّ عَلى جَهالَتِهِ لِعُقْباهُ في كُفْرانِهِ، وَأَطْمَعَهُ حِلْمُكَ عَنْهُ في نَيْلِ إِرادَتِهِ، فَهُوَ يَتَسَرَّعُ إِلى أَوْلِيائِكَ بِمَكارِهِهِ، وَيُواصِلُهُمْ بِقَبائِحِ مَراصِدِهِ، وَيَقْصُدُهُمْ في مَظانِّهِمْ بِأَذِيَّتِهِ. أَللَّهُمَّ اكْشِفِ الْعَذابَ عَنِ الْمُؤْمِنينَ، وَابْعَثْهُ جَهْرَةً عَلَى الظَّالِمينَ. أَللَّهُمَّ اكْفُفِ الْعَذابَ عَنِ الْمُسْتَجيرينَ ، وَاصْبُبْهُ عَلَى الْمُغَيِّرينَ. أَللَّهُمَّ بادِرْ عُصْبَةَ الْحَقِّ بِالْعَوْنِ، وَبادِرْ أَعْوانَ الظُّلْمِ بِالْقَصْمِ. أَللَّهُمَّ أَسْعِدْنا بِالشُّكْرِ، وَامْنَحْنَا النَّصْرَ، وَأَعِذْنا مِنْ سُوءِ الْبَدارِ وَالْعاقِبَةِ وَالْخَتَرِ

İlahi! Sənin kəramət çeşmə və xəzinələrin çoxlu bəxşişlərinlə doludur. Münacat qapıların Sənə tərəf gəlmək istəyənə açıqdır. Sevgi və məhəbbətin Sənə boyun əyənə bir anlıq belə kəsilmir. Artıq əmin-amanlıq aradan qalxıb, çarəsizlik çoxalıb, intizar əhli səbir etməkdə aciz qalıb. Şübhəsiz ki, Sən ey mənim Allahım! Hiyləgərə pusqu qurmusan. Sən möhlət verənsən, amma etinasız və diqqətsiz deyilsən. Sənə sığınan əmin-amanlıqdadır. Səni istəyən qazanmış və müvəffəq olmuşdur. İlahi, qapına doğru üz tutan amanda qalar.

İlahi! Tüğyan və zülm yolunu tutana tezliklə cəza ver. Küfr edərək aqibətini düşünməyən cahilin cəhalətini davamlı et. Sənin möhlət verib səbir etməyin onu öz istəyinə nail olmaqda cəsarətləndirmişdir. Buna görə də o, Sənin övliyalarına xoşagəlməz əzablar verir, onlara bütün pislikləri rəva bilir və hər yerdə onlara əziyyət verir.

İlahi! Tezliklə möminləri əzabdan qurtar və onu (əzabı) açıq bir şəkildə zalımlara göndər.

İlahi! Əzabı sığınacaq istəyənlərdən uzaqlaşdır və onu məğrurlara və təkəbbürlülərə yağdır.

İlahi! Tezliklə haqq tərəfdarlarına kömək et və zülm tərəfdarlarını öldürücü zərbə ilə məhv et.

İlahi! Şükrümüzlə bizi səadətli, bizə qələbə nəsib et. Bizi pis keçmişimizdən, gələcəyimizdən və xəyanətdən (aldanmaqdan) qoru! (“Biharul-ənvar”, c.82, səh.226; “Əl-bələdul-əmin”, səh.657.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru