Tacikistan Əfqanıstanla sərhədə ordu yollayır

Tacikistan Əfqanıstanla sərhədə ordu yollayır

Tacikistan Müdafiə Nazirliyi Əfqanıstanın şimal vilayətlərindəki vəziyyətin gərginləşməsi ilə əlaqədar Tacikistan-Əfqanıstan sərhədində təhlükəsizliyi gücləndirmək üçün 20 min əsgər göndərəcək. 

 Bu barədə sərəncam Tacikistan Prezidenti Emoməli Rəhmon tərəfindən ötən gün keçirilən Təhlükəsizlik Şurasının iclasında verilib.   

Bu barədə Tacikistan perezidentinin mətbuat xidməti məlumat verib. 

 Məlumata əsasən, Tacikistan-Əfqanıstan sərhədində vəziyyətin kəskinləşməsi ilə əlaqədar olaraq, respublikanın Təhlükəsizlik Şurasının üzvləri sərhəd bölgələrində təhlükəsizliyin təmin edilməsi və dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi üçün tədbirlər görülməsi məsələsinə baxıblar.   Ehtiyatda olan 20 min hərbçinin səfərbər olunması ilə bağlı qərar qəbul olunub", - deyə məlumatda bildirilib. /eastnews.org/ 

Google+ WhatsApp ok.ru