İmam Hüseyni (ə) sevənlər üçün Ayətullah Xamenei cənablarından diqqət etməli 7 nöqtə

İmam Hüseyni (ə) sevənlər üçün Ayətullah Xamenei cənablarından diqqət etməli 7 nöqtə

Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin xütbələrindən götürülmüş diqqət edilməli 7 nöqtə:

 

1. Əzadarlıq məclislərinin qədrini bilin və bu məclislərdən istifadə edin. Bu məclisləri qəlbən və ruhən İmam Hüseynlə (ə) və ümumilikdə Əhli-Beytlə (ə) rabitə qurmaq üçün vasitə qərar verin.

 

2. İbrət odur ki, insan baxsın və görə bilsin. Necə oldu ki, insanların gözü önündə böyüyən və Peyğəmbərin (s) ən sevimli nəvəsi olan və Həzrətin (s) onun barəsində buyurduğu: “Behişt cavanlarınınsərvəridir”, kəlməsini insanlar yarım əsr keçməmiş unutdular və görməməzliyə vurdular?! (Tebyan)

 

3. Əgər insan canını qorumaq üçün Allah yolunu tərk edərsə və o yerdə ki, haqq deməlidir, deməzsə - o zaman İmam Hüseyn (ə) kimilər döyüş meydanına çəkilər və qətl edilər.

 

4. İslam ümməti gərək Aşura hadisəsini bir ibrət, bir dərs və bir hidayət bayrağı kimi qəbul etsin. İslam dini Aşura və İmam Hüseynə (ə) görə diri qalmışdır.

 

5. İmam Hüseyni (ə) ancaq Aşura ilə tanımayın. O, İmamın (ə) qiyamının bir hissəsi idi. Onun əmr-be-mərufuna, nəhy-əz-munkərinə, Mina və Ərəfatda müxtəlif məsələləri izah etdiyinə, alimlərə xitabına, Kərbəla yolunda buyurduqlarına və Kərbəlanın özündə buyurduqlarına diqqət etmək lazımdır.

 

6. İmam Hüseynin (ə) İslam ümmətinə verdiyi dərs odur ki, haqq üçün, ədalət üçün, zülmlə mübarizə üçün həmişə hazır olmaq lazımdır.

 

7. Hər kimin İmam Hüseynə (ə) əlaqəsi olar – yəni İslamın siyasətinə əlaqəsi vardır deməkdir. İslam – mücahid dindir, İslam – qan verən dindir, İslam – can verən dindir. İmam Hüseynə (ə) etiqad dedikdə o nəzərə tutulur ki, ölkədə baş verən hər bir hadisə əza məclislərində müzakirə olunmalı və bəyan edilməlidir.(deyerler)

Google+ WhatsApp ok.ru