İmam Rzanın (ə) cavabı

İmam Rzanın (ə) cavabı

Rəyyan ibn Səlt belə nəql edir:

 
حَضَرَ الرِّضا (ع) مَجلِسَ المَأمونِ بِمَروَ، وقَدِ اجتَمَعَ في مَجلِسِهِ جَماعَةٌ مِن أهلِ العِراقِ وخُراسانَ ـ إلى أن قال: ـ فَقالَ المَأمونُ: مَنِ العِترَةُ الطّاهِرَةُ؟
 
فَقالَ الرِّضا (ع): الَّذينَ وَصَفَهُمُ اللّهُ في كِتابِهِ فَقالَ جَلَّ وعَزَّ: «إنَّما يُريدُ اللّهُ لِيُذهِبَ عَنكُمُ الرِّجسَ أهلَ البَيتِ ويُطَهِّرَكُم تَطهيرًا»، وهُمُ الَّذينَ قالَ رَسولُ اللّهِ (ص): إنّي مُخَلِّفٌ فيكُمُ الثَّقَلَينِ كِتابَ اللّهِ وعِترَتي أهلَ بَيتي، وإنَّهُما لَن يَفتَرِقا حَتّى يَرِدا عَلَيَّ الحَوضَ، وانظُروا كَيفَ تَخلُفوني فيهِما. أيُّهَا النّاسُ، لا تُعَلِّموهُم فَإِنَّهُم أعلَمُ مِنكُم.
 
قالَتِ العُلَماءُ: أخبِرنا يا أبَا الحَسَنِ عَنِ العِترَةِ، أهُمُ الآلُ أو غَيرُ الآلِ؟
 
فَقالَ‏الرِّضا (ع): هُمُ الآلُ،
 
فَقالتِ العُلَماءُ: فَهذا رَسولُ اللّهِ (ص) يُؤثَرُ عَنهُ أنَّهُ قالَ: اُمَّتي آلي، وهؤُلاءِ أصحابُهُ يَقولونَ بِالخَبَرِ المُستَفاضِ الَّذي لا يُمكِنُ دَفعُهُ: آلُ مُحَمَّدٍ اُمَّتُهُ،
 
فَقالَ أبُو الحَسَنِ (ع): أخبِروني هَل تَحرُمُ الصَّدَقَةُ عَلَى الآلِ؟
 
قالوا: نَعَم،
 
قالَ: فَتَحرُمُ عَلَى الاُمَّةِ؟
 
قالوا: لا، قالَ: هذا فَرقٌ ما بَينَ الآلِ والاُمَّةِ.
 
“İmam Rza (ə) Mərvdə Məmunun məclisində idi. Məclisdə bir qrup iraqlı və xorasanlı da iştirak edirdi... Məmun soruşdu: “Pak itrət kimlərdir?”
 
İmam Rza (ə) buyurdu: “Allah-Taalanın Öz kitabında “Allah siz Əhli-beytdən hər bir çirkinliyi təmizləmək və sizi tamamilə pak etmək istəyir!” – təbiri ilə vəsf etdiyi şəxslərdir. Peyğəmbəri-Əkrəm (s) də onlar haqqında belə buyurmuşdur:
 
“Mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram: Allahın kitabı və itrətim olan Əhli-beytimi. Bu iki əmanət “Kövsər” hovuzunda mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmayacaq. Belə isə baxın, görün, mənim bu iki canişinimlə necə rəftar edəcəksiniz? Onlara bir şey öyrətməyin ki, onlar sizdən elmli, biliklidirlər.”
 
(Məclisdəki) alimlər dedilər: “Ey Əbülhəsən! Bizə itrət (Peyğəmbərin (s) xanədanı) haqqında məlumat ver ki, onlar Peyğəmbərin (s) övladları sayılır ya yox?”
 
İmam Rza (ə) buyurdu: “Onlar elə Peyğəmbərin (s) övladlarıdır.”
 
Alimlər dedilər: “Axı Peyğəmbəri-Əkrəmin (s) belə də buyurduğu nəql olunmuşdur: “Ümmətim mənim övladlarımdır!” Peyğəmbərin (s) səhabələrinin nəql etdiyi inkar olunmayan həmin “müstəfiz” rəvayətdə Muhəmmədin övladları onun ümməti göstərilir.””
 
Bu vaxt imam Rza (ə) buyurdu: “Deyin görüm, Peyğəmbərin (s) övladlarına sədəqə vermək haramdırmı?”
 
Dedilər: “Bəli!”
 
İmam Buyurdu: “Bəs, bu sədəqə ümmətə də haramdırmı?”
 
Dedilər: “Xeyr!”
 
İmam buyurdu: “Övladlarla ümmət arasındakı fərq də elə budur!” (“Əmali”, Şeyx Səduq, səh.422, hədis 1.)