İmam Səccadın (ə) kəlamında İmam Həsənin (ə) fəziləti

İmam Səccadın (ə) kəlamında İmam Həsənin (ə) fəziləti

Səfər ayının 28-i (Oktyabr ayının 16-ı) İslam Peyğəmbərinin (s) rehləti və o Həzrətin böyük nəvəsi İmam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı veririk. 
 
İmam Səccad (ə) əmisi İmam Həsən Müctəbanın məqamı və fəziləti haqqında belə buyurmuşdur:
 
إنَّ الحَسَنَ بنَ عَلِيِّ بنِ أبي طالِبٍ (ع) كانَ أعبَدَ النّاسِ في زَمانِهِ وأزهَدَهُم وأفضَلَهُم، وكانَ إذا حَجَّ حَجَّ ماشِيًا ورُبَّما مَشى حافِيًا، وكانَ إذا ذَكَرَ المَوتَ بَكى، وإذا ذَكَرَ القَبرَ بَكى، وإذا ذَكَرَ البَعثَ والنُّشورَ بَكى، وإذا ذَكَرَ المَمَرَّ عَلَى الصِّراطِ بَكى، وإذا ذَكَرَ العَرضَ عَلَى اللّهِ تَعالى ذِكرُهُ شَهَقَ شَهقَةً يُغشى عَلَيهِ مِنها، وكانَ إذا قامَ في صَلاتِهِ تَرتَعِدُ فَرائِصُهُ بَينَ يَدَي رَبِّهِ عَزَّوجَلَّ، وكانَ إذا ذَكَرَ الجَنَّةَ والنّارَ اضطَرَبَ اضطِرابَ السَّليمِ، ويَسأَلُ اللّهَ الجَنَّةَ ويَعوذُ بِهِ مِنَ النّارِ، وكانَ (ع) لا يَقرَأُ مِن كِتابِ اللّهِ عَزَّوجَلَّ: «يا أيُّهَا الَّذينَ آمَنوا» إلاّ قالَ: لَبَّيكَ اللّهُمَّ لَبَّيكَ. ولَم يُرَ في شَيءٍ مِن أحوالِهِ إلاّ ذاكِرًا للّهِ سُبحانَهُ.
 
“Həsən ibn Əli ibn Əbu Talib (ə) dövrünün ən abidi, zahidi və fəzilətli şəxsi idi. Həccə piyada və çox vaxt da ayaqyalın gedərdi. Ölümü və qəbri xatırlayanda, Qiyaməti, ölülərin diriləcəyini və “Sirat” körpüsünün qorxunc hallarını fikirləşdikdə ağlayar, hər kəsin əməllərinin Allah-Taalanın dərgahına aparıldığını yada salarkən fəryad çəkərək özündən gedərdi. Namaza duranda, Allah-Taalanın müqabilində bədəni lərzəyə düşər, Behişt və Cəhənnəmi xatırladıqda, ilan çalan şəxs kimi həyəcan keçirər, Allahdan Behişt arzulayaraq Cəhənnəm odundan Ona pənah aparardı. Hər zaman Quranda “Yə əyyuhəl-ləzinə əmənu!” (Ey iman gətirənlər!) – ifadələri ilə rastlaşdıqda, “Ləbbeyk, Əllahummə ləbbeyk!” (Bəli, İlahi, bəli!) – deyə cavab verər, əksər hallarda da pak və münəzzəh Allahı zikr etməkdən başqa bir işi olmazdı.” (“Əmali”, Şeyx Səduq, səh.150, hədis 8.)
 
Maide.az – Maarif bölümü
 
 

 

Google+ WhatsApp ok.ru