İmam Səccadın (ə) bəla və çətinliklər zamanı oxuduğu dua (VİDEO)

İmam Səccadın (ə) bəla və çətinliklər zamanı oxuduğu dua (VİDEO)

Səhifeyi-Səccadiyyənin 7-ci duası

Səhifeyi-Səccadiyyənin 7-ci duası

İmam Səccadın (ə) bəla və çətinliklər zamanı oxuduğu dua

يا مَنْ تُحَلُّ بِهِ عُقَدُ الْمَكارِهِ،

Ey hər kəsin düyünü Sənin əlinlə açılan!

وَيا مَنْ يُفْثَأُ بِهِ حَدُّ الشَّدائِدِ،

Ey çətinliklərin ağırlığı Sənin lütfünlə asanlaşan!

وَيا مَنْ يُلْتَمَسُ مِنْهُ الْمَخْرَجُ إلى رَوْحِ الفَرَجِ،

Ey darlıqdan çıxıb asanlığa getmək Səndən istənilən kəs!

ذَلَّتْ لِقُدْرَتِكَ الصِّعَابُ،

Çətinliklər Sənin lütfünlə asanlaşır.

وَتَسَبَّبَتْ بِلُطْفِكَ الأسْباب،

Həyat vasitələri və yaşayış səbəbləri Sənin lürfünlə hazırlanır.

وَجَرَى بِقُدْرَتِكَ الْقَضاء،

Qəza Sənin qüdrətinlə hərəkətə gəlir.

وَمَضَتْ عَلَى إرادَتِكَ الْأَشْیَاءُ،

Hər şey Sənin iradənlə işə düşür.

فَھِيَ بِمَشِيَّتِكَ دونَ قَوْلِكَ مُؤْتَمِرَةٌ،

Yalnız Sənin istəyinlə bir şeyə əmr etmədikdə işə düşür.

وبِإِرادَتِكَ دُونَ نَهْيِكَ مُنْزَجِرَةٌ،

Hər şey Sənin iradənlə qadağan etməzdən öncə işdən düşür.

أنْتَ الْمَدْعُوُّ لِلْمُھِمَّاتِ،

Bütün çətinliklərdə Səni çağırırlar.

وأنْتَ الْمَفْزَعُ في المُلِمّاتِ،

Bütün müsibətlərdə Sənə sığınırlar.

لا يَنْدَفِعُ مِنها اِلاّ ما دَفَعْتَ،

Sənin aradan aparmadığından başqa heç bir bəla dəf edilməz.

وَلا يَنْكَشِفُ مِنْها اِلاّ ما كشَفْتَ،

Sənin açdığın düyündən başqa heç bir düyün açılmaz.

وَقَد نَزَلَ بي يا رَبِّ ما قَد تَكأَّدَني ثِقْلُه،

İlahi! Mənə bir bəla nazil olmuşdur ki, onun ağırlığı məni əldən salmışdır;

وَألَمَّ بي ما قَد بَھَظَنِي حَمْلُه،

elə bir çətinliklər mənə üz vermişdir ki, onlara dözmək mənə ağırdır.

وَبِقُدْرَتِكَ أوْرَدْتَه عَلَيَّ،

Onu Sən Öz qüdrətinlə mənə ürcah etmisən

وَبِسُلْطانِكَ وَجَّهْتَهُ اِلَيَّ،

və Öz səltənətinlə mənə doğru yönəltmisən.

فَلا مُصْدِرَ لِما أَوْرَدْتَ،

Sənin gətirdiyini kimsə apara bilməz.

وَلا صارِفَ لما وَجَّهْتَ،

Sənin göndərdiyini kimsə geri qaytara bilməz.

وَلا فاتِح لما اَغْلَقْتَ،

Sənin bağladığını kimsə aça bilməz.

وَلا مُغْلِقَ لِما فَتَحْتَ،

Sənin açdığını kimsə bağlaya bilməz.

وَلا مُيَسِّرَ لِما عَسَّرْتَ،

Sənin çətinlişdirdiyini kimsə asan edə bilməz.

وَلا ناصِرَ لِمَنْ خَذَلْتَ،

Sənin xar etdiyin kimsəyə yardımçı tapılmaz.

فَصَلِّ عَلى مُحَمَّد وآلِهِ،

Elə isə Muhəmməd və onun Əhli-beytinə salavat göndər.

وَاْفْتَحْ لي يا رَبِّ بابَ الْفَرَجِ بِطَولِكَ،

Öz rəhmətinlə ey mənim Rəbbim, rahatlıq qapısını üzümə aç!

وَاكْسِرْ عَنِّي سُلْطانَ الْهَمِّ بِحَوْلِكَ،

Öz qüdrətinlə həyat meydanında qəm soltanının hökmünü sındır.

وَاَنِلْني حُسْنَ النَّظَرِ فيـما شَكَوْتُ،

Gileyləndiyim şeydə məni yaxşı nəzərlə qarşıla.

وَاَذِقْني حَلاوَةَ الصُّنْعِ فيـما سَاَلْتُ،

İstədiyimə icabətin şirinliyini daddır.

وَهَبْ لي مِنْ لَدُنْكَ رَحْمةً وَفَرجاً هَنيئاً،

Öz tərəfindən mənə könül oxşayan rəhmət və vüsət bəxş et.

وَاجْعَلْ لي مِنْ عِنْدِكَ مَخْرَجاً وَحِيّاً،

Mənim üçün bəlalardan tezliklə qurtuluş qərar ver.

وَلا تَشْغَلْني بِالاهتِمامِ عَنْ تَعاهُد فُرُوضِكَ، واستِعْمالِ سُنَّتِكَ

Qəmə düşməyimlə məni vacib və müstəhəb bildiyin əməllərdən saxlama.

فقَد ضِقْتُ لِما نَزَلَ بي يا ربِّ ذَرْعاً،

Çünki, ey Rəbbim, mən başıma gələn hadisənin ucbatından taqətsiz olmuşam!

وامْتَلأتُ بِحَمْلِ ما حَدَثَ عَليَّ هَمّاً،

Qəlbim başıma gələn bu bəladan qəm-qüssə ilə dolmuşdur

واَنْتَ الْقادِرُ عَلى كَشْفِ ما مُنِیتُ بِه، وَدَفعِ ما وَقَعْتُ فيه،

və Sən çətinliklərimi aradan aparmağa və düşdüyüm bəlanı dəf etməyə qadirsən.

فاَفعَل بي ذلِك وَ إِنْ لَم أستَوجِبهُ مِنْكَ،

Elə isə Öz qüdrətini mənim barəmdə işə sal, hərçənd Sənin tərəfindən buna layiq deyiləm.

يا ذَا العَرشِ العَظيمِ

Ey böyük ərşin sahibi!

 

Maide.Az 

Google+ WhatsApp ok.ru