Mariya Zaxarova: Putin küçələrə aslan deyil, ayı buraxıb

Mariya Zaxarova: Putin küçələrə aslan deyil, ayı buraxıb

İngilis iş adamı Alan Suqar sosial şəbəkə vasitəsi ilə ortaya iddia atması və bu iddiaya bütün dünyada insanların inanması Rusiyanı açıqlama verməyə məcbur edib.

 
Alan Suqar Rusiya prezidenti Vladimir Putinin koronavirusa görə ölkədə insanların evdən çıxmasının qarşısını almaq üçün küçələrə aslan buraxdığını yazıb və bu, milyonlarla insanın sosial şəbəkədə etirazına səbəb olub.
 
Maide.Az TASS-a istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu iddaya ilə bağlı maraqlı bir açıqlama yayıb.
 
"Rusiyada küçələrə aslan və pələng buraxılması iddiası çox gülüncdür. Əlbəttə, həqiqət olmayacağına görə deyil, amma adətə uyğun olaraq aslan və pələng deyil, ayı buraxmışıq. Ayı daha effektivdir", - Zaxarova gülərək bildirib.

Google+ WhatsApp ok.ru