Masallı da həyəcan içindədir: 3 kəndi su basdı, 50 ailə təxliyyə olundu

Bir neçə gündür ki, cənub bölgəsinə yağan güclü yağışın fəsadları hələ də davam edir.
 
Bu gecə Masallının 3 kəndini su basıb. Təklə, Sığıncaq, Əhmədli kəndindən 50-yə yaxın ailə təxliyyə olunub.
 
Köçürülən ailələr hələlik qonşu kəndlərdə yerləşdirilib. Belə ki, Təklə və Sığıncaq kənd sakinləri Çaxırlıya, Əhmədlidən zərər çəkənlər isə Təzə Alvadıya köçürülüb. Şahidlərin dediyinə görə Masallının Təzə Alvadı kəndi ilə Cəlilabadın Həziabad kəndini birləşdirən  yeganə körpünü su aparıb.
 
Qeyd edək ki, eyni proses Lənkəran və Cəlilabadda da baş verir. Lənkəranda 500 ailənin təxliyyə olunduğu deyilir.Qafqazinfo /
 

Google+ WhatsApp ok.ru