Mayın 10-dan yuxarı sinif şagirdləri üçün tədris başlayır?

Mayın 10-dan yuxarı sinif şagirdləri üçün tədris başlayır?

Təhsil Nazirliyi mayın 10-dan orta ümumtəhsil müəssisələrində təhsil alan yuxarı sinif şagirdləri üçün tədrisin başlanılacağı barədə yayılan məlumatlara münasibət bildirib.
 
Maide.Az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, mayın 10-dan yuxarı sinif şagirdləri - yəni 9, 10 və 11-ci sinif şagirdləri üçün orta məktəblərdə tədrisin başlanılacağı barədə hər hansı qərar verilməyib:
 
"Təhsil Nazirliyində belə bir məlumat yoxdur. Bu barədə qərarın verilməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir. İnsanları yalnız rəsmi mənbələrin məlumatlarına inanmağa çağırırıq".
 

Google+ WhatsApp ok.ru