Universitetlərdə dərslər 80 dəqiqə ola bilər 23 Sentyabr 2021 16:44 Xəbərlər Azərbaycanda ali təhsil müəssisələrində dərslərin vaxtı 80 dəqiqə edilə bilər. Trend-in məlumatına görə, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli bildirib ki, nazirlik bununla bağlı təklif verib. N.Məmmədli vurğulayıb ki, dərslərin fasiləsiz 80 dəqiqə və ya fasilələrlə 45 dəqiqə olmasını universitetlər özləri müəyyən edir. Lakin N.Məmmədli vurğulayıb ki, sinifdən çıxmaların və təmasların sayının azaldılması məqsədilə Nazirlik dərslərin 80 dəqiqə olmasını tövsiyə edir. Teqlər : #Universitetlərdə,#dərslər,#dəqiqə,#ola,#bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tehranda Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşü keçiriləcək Azərbaycanla İran arasında əməkdaşlıq münasibətləri bütün sahələrdə inkişaf edib