Mübarək Ramazan ayı ilə əlaqədar `Nur axşamı` adlı tədbir keçirilib

İmam Əli(ə) məscidində Müqəddəs Ramazanla əlaqədar "Nur axşamı" adlı Quran məclisi keçirilib. 
Mübarək Ramazan ayının gəlişi münasibəti ilə  Ümumi Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin təşkilatçılığı ilə  Marneuli şəhəri İmam Əli(ə) məscidində "Nur axşamı" adlı Quran məclisi keçirilib. 
İdarədən islamazeri.az-a verilən məlumata görə,  məclisi Məscidin axundu Hacı Hacıyev, Müqəddəs Ramazan ayının fəzilət və dəyərləri haqda danışaraq açıq elan etdi. Məclisdə Gürcüstanın müxtəlif yerlərindən Quran qariləri iştrak edəiblər. Qarilər gözəl  səsləri ilə məclis iştrakçılarının qəlblərini feyziyab ediblər.
Quran qariləri Rahid Kərimov, Əhli- Beyt məddahı və Quran qarisi Kərbəlayi Rza,  Elçin Cəfərli, Elvir Həsənov, İntizar Hacıyev və  Axund Hacı Hacıyevin Quran tilavəti ilə məclis bağlı elan olunub./
 

Google+ WhatsApp ok.ru