Mücahidlərin mükafatı

Mücahidlərin mükafatı

Dəryadan bir damla

Allah-Taala Qurani-Kərimin “Tövbə” surəsinin 20-22-ci ayələrində buyurur:
 
الَّذِينَ آمَنُواْ وَهَاجَرُواْ وَجَاهَدُواْ فِي سَبِيلِ اللّهِ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِندَ اللّهِ وَأُوْلَئِكَ هُمُ الْفَائِزُونَ. يُبَشِّرُهُمْ رَبُّهُم بِرَحْمَةٍ مِّنْهُ وَرِضْوَانٍ وَجَنَّاتٍ لَّهُمْ فِيهَا نَعِيمٌ مُّقِيمٌ. خَالِدِينَ فِيهَا أَبَدًا إِنَّ اللّهَ عِندَهُ أَجْرٌ عَظِيمٌ
.
“İman gətirib hicrət edənlər, malları və canları ilə Allah yolunda cihad edənlər Allah yanında ən böyük dərəcəyə malikdirlər. Onlar həmin nicat tapanlardır. Rəbbi onları Öz tərəfindən bir rəhmət, razılıq və cənnətlərlə (Behişt bağları) müjdələyər. Orada onlar üçün həmişəlik nemətlər var. Onlar orada əbədi qalarlar. Həqiqətən, Allahın yanında böyük mükafat vardır.”
 
Bildirişlər
1. İman, hicrət, cihad və təqva bütün dəyərlərin başında dayanır. 
 
2. Əgər xalq üçün dəyər ölçüsü qohumluq əlaqələridirsə, Allah hesabında bu ölçü iman, hicrət və cihaddır. (Əgər bütün müsəlmanlar və Peyğəmbər (s) səhabələri bir cərgədə düzülsələr, İmam Əlinin (ə) ilkin iman gətirməsi, cəbhədə daha çox olub, daha çox zərbə alması aşkar olar.) 
 
3. İman digər kamilliklər üçün şərtdir. 
 
4. Bütün müqəddəs işlərin dəyəri insanın niyyətindən asılıdır. 
 
5. Qurtuluş yalnız iman, hicrət və cihad sayəsində əldə olunur. 
 
6. Allah hicrət etmiş mücahid möminləri Behiştlə müjdələmişdir. (Başqa ayələrdə digər müjdələr sadalanır.) 
 
7. Əqidə məktəbinin komplekslik nişanələrindən biri də fitrətin nəzərə alınması ilə yanaşı ardıcıllara ümid verilməsidir. 
 
8. Müjdə və mükafat Allah-Taalanın rübubiyyətinin şənindəndir. 
 
9. İlahi rəhmət və Behiştdən bəhrələnmə qurtuluş göstəricilərindəndir. 
 
10. Allahın rəhmət və razılığı maddi nemətlərdən öndə gəlir. 
 
11. Behişt bağları nemətlə doludur. 
 
12. Fani nemətləri Allaha xatir boşlasaq, əbədi nemətlərə çatarıq. 
 
13. Fəna və zaval dünya nemətlərinə məxsus böyük bəlalardandır. Qiyamətdə bu sayaq bəlalar yoxdur. 
 
14. Böyük mükafat yalnız Allahın əlindədir. Başqalarının mükafatı istənilən bir halda kiçikdir. 
 
15. Bütün dünyanı “qəlil” (az) adlandıran Allah mücahidlərin mükafatını “əzim” (böyük) kimi təqdim edir.
 
16. Allah əlimizdəki az və fani nemətləri ən yuxarı qiymətə alır. Halbuki elə bu cüzi nemətləri də Özü verib. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 5-ci cild, “Tövbə” surəsi, 20-22-ci ayələrin təfsiri.)
 
Maide.Az 
 

 

Google+ WhatsApp ok.ru