Medianın səssiz qaldığı müharibə: YƏMƏN  (İnforqrafika)

Medianın səssiz qaldığı müharibə: YƏMƏN (İnforqrafika)

Artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.  Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır.  
 
Maide.Az xəbər verir ki, "On4 TV" televiziyasının rəsmi xəbər saytı 3 May Ümumdünya Media Azadlığı Günü münasibətilə Yəməndə törədilən cinayətlərə dair infoqrafiya yayımlayıb. Yəməndə törədilən cinayətlərə medianın səssiz qalmasını  tənqid edən televiziyanın yayımladığı infoqrafiyanı oxuculara təqdim edirik: 
 
► Yəməni işğal etməyə çalışan Səudiyyə Ərəbistanına qarşı  media səssiz qalır
► 19 mindən artıq  hava hücumu təşkil olunub
► 60 mindən artıq  dinc sakin şəhid edilib
► 23 milyon insan ərzaq yardımına möhtacdı 
► 18 milyon insan təmiz su içmə problemi iilə üz-üzədir
► %30 uşaqlar məktəblərə gedə bilmir 
► 3 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb.
 
3 May Ümumdünya Media Azadlığı Günü münasibətilə 

Google+ WhatsApp ok.ru