Mehriban Vəzir Milli Şuradan çıxarıldı

Mehriban Vəzir Milli Şura üzvlüyündən xaric edilib.  

Teleqraf.com xəbər verir ki, bu barədə Mehriban Vəzirin özü məlumat verib.    Mehriban Vəzir Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti iclasında "qurumun əsasnaməsinə və fəaliyyət prinsiplərinə zidd hərəkətlərə yol verdiyinə görə" Koordinasiya Mərkəzi üzvlərinin yekdil qərarı ilə xaric edilib.    O, bildirib ki, Şuradan çıxarılmasına səbəb İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasında tutduğu mövqe ilə bağlıdır.
"Milli Şuraya verilən yalan-böhtan hesabatın üstünü açdığım üçün məni oradan uzaqlaşdırdılar", deyə Mehriban Vəzir bildirib.    

Qeyd edək ki, Mehriban Vəzir Koalisiyanın Şura üzvü Oqtay Gülalıyevin Milli Şura rəhbərliyinə ünvanladığı məktubu ictimailəşdirib.   O.Gülalıyev həmin məktubda Koalisiyanın Ümumi Yığıncağında keçirilən seçkilərin nəticələri barədə Milli Şura rəhbərliyini məlumatlandırıb və qeyd edib ki, seçkilərdə müxalifət qalib gəlib, hökumətin planları baş tutmayıb və s.    Mehriban Vəzir həmin məktubu Koalisiya üzvləri arasında paylaşandan sonra Milli Şuranın funksioneri Oktay Gülalıyevdən izahat tələb olunub.  O, izahat verməkdən imtina edib.

Google+ WhatsApp ok.ru