Microsoft Word gecə rejimini aktivləşdirdi

Microsoft Word gecə rejimini aktivləşdirdi

Microsoft Word daha bir yeniləmə ilə gündəmə gəlib. Çox platformalara məxsus olan və smartfonlardan tabletlərə qədər müxtəlif cihazlarda istifadə edilən gecə rejimi burada da aktivləşdiriləcək.

TED.az xəbər verir ki, hazırda Microsoft Word bu rejimi daha da qaranlıqlaşdırmaq üçün təkmilləşdirir. Proqram istehsalçısı, bütün sənədləri qaranlıq əsas səhifə üzərində əks etdirəcək.

Hazırda Word üst lent və alətlər panelini dəyişdirən qaranlıq rejimə malik olsa da, əsas səhifə hələ də ağ qalır. Tezliklə aktivləşdirilməsi gözlənilən bu yenilənmə ilə əsas səhifə də qaranlıq rejimə keçəcək. Həmçinin qırmızı və mavi rənglərin yeni qaranlıq rejimdə fərqləndirilməsi üçün daha açıq tonlardan istifadə ediləcəyi bildirilir.

Google+ WhatsApp ok.ru