Misir, Sudan və Efiopya arasında strateji su barajı barədə danışıqlar nəticə verməyib

Misir, Sudan və Efiopya arasında strateji su barajı barədə danışıqlar nəticə verməyib

Afrikanın şimalında ölkələr arasında gərginliyə səbəb ola biləcək su anbarı barədə aparılan danışıqlar nəticə verməyib.
 
Bunu rəb Dövlətləri Liqasını BMT-dəki təmsilçisi Macid Əbdül-Fəttah deyib.
 
Ərəb rəsmisinin sözlərinə görə Misir, Sudan və Efiopiya arasında ciddi siyasi gərginliyə səbəb olan ən-Nəhda su barajı barədə aparılan beynəlxaql danışıqlar nəticə verməyib.
 
Qeyd edək ki, Misir “Ən-Nahda” su elektrik stansiyası və anbarının tikilməsi və onun doldurulması məsələsini BMT Təhlükəsizlik Şurasına çıxararaq Efiopiyadan şikayət etmişdi.
 
“Ən-Nahda” su elektrik stansiyası və anbarının tikilməsi Misiri və Sudanı ciddi şəkildə su qıtlığı ilə üz-üzə qoya bilər. /SalamNews  /

Google+ WhatsApp ok.ru