MN: Ermənilər Xocavənddə Azərbaycan Ordusuna hücum edib, 1 əsgər şəhid olub, 1-i yaralanıb 28 Dekabr 2020 12:10 Qarabağ xəbərləri Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. "Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur. Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib. Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcəkdir", - nazirlikdən bildirilib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin! Teqlər : #MN:,#Ermənilər,#Xocavənddə,#Azərbaycan,#Ordusuna,#hücum,#edib,#əsgər,#şəhid,#olub,#yaralanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru I Qarabağ müharibəsində 3171 hərbçimiz, 719 mülki şəxsimiz İTKİN DÜŞÜB 12 gün öncə komaya düşən qazimiz Zeynal Fizuli oğlu Şahhüseynov bu gün şəhid olub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni