Mobil telefonlar insalara boş vaxtlarında dincəlməyə qoymur

Bu araşdırma Kent Dövlət Universitetində aparılıb. Maide.az xəbər verir ki, sorğu nəticəsində alimlər smartfonlardan istifadə edən insanların boş vaxtlarında stress və qorxudan daha çox əziyyət çəkdiklərini müəyyən ediblər.

Araşdırmalarda 454 tələbə iştirak edib. Onların hər biri şəxsi suallara cavab verərək, üç qrupa bölünüblər. Birinci qrupa texniki yeniliklərdən az istifadə edən insanlar, ikinci qrupa nisbətən daha çox istifadə edənlər, üçüncü qrupa isə smartfonların aktiv istifadəçiləri daxil olub.

Qeyd olunur ki, üçüncü qrupa daxil olanların sayı digər qrupları 25% fərqlə üstələyib. Araşdırmanın nəticələrindən bəlli olub ki, telefonlardan daha çox istifadə edənlər stress və narahatlıqla daha çox üzləşirlər, bu tendensiya ona görə baş verir ki, belə insanlar smartfonlarını hər saat yoxlamaq məcburiyyətini hiss edirlər.//

Google+ WhatsApp ok.ru