Modemdə internet işığı yanmırsa, nə etməli?

Modemdə internet işığı yanmırsa, nə etməli?

Əksər internet istifadəçiləri modemin işığının yanmaması problemi ilə üzləşiblər. Bu, Wi-fi problemini qaçılmaz edir.
 
TED.az xəbər verir ki, belə hal fərqli səbəblərə görə baş verə bilər. Səbəbdən asılı olaraq, problemi bəzən kiçik bir düzəlişlə həll etmək mümkün olsa da,  bəzən internet provayderin müdaxiləsi lazım gəlir.
 
Modemdə internet işığının yanmaması üçün ilk səbəb provayderdən mənzilə gedən internet axınında hər hansı nöqtədə problem olmasıdır. Bəzən isə problemin səbəbi modemdəki işıqlarda yaranan nasazlıq olur. Səbəblərindən biri də yanlış kabel əlaqələridir. İnterneti ən yaxın keçiddən istifadəçi evinə gətirən DSL bağlantısında da nasazlıqlar yarana bilər. 
 
Ümumiyyətlə, modem işığı yanmadıqda görə biləcəyiniz ilk işlər bunlardır:
 
-Fərqli cihazlarla internetə qoşulmağa çalışmaq;
 
-Modemi yenidən başlatmaq;
 
-Kabel əlaqələrini yoxlamaq;
 
-DSL bağlantınızı yoxlamaq;
 
-DNS parametrlərinizi dəyişdirmək;
 
-İnternet xidmət təminatçısı ilə əlaqə saxlamaq.
 
Bunlar arasında ən çox yayılan internet xidmət təminatçısı ilə əlaqəli problemlərdir. Bu kimi halları aşkarlamaq üçün eyni ərazidə, hətta eyni mənzildə yaşayan insanlarla əlaqə saxlamaq lazımdır. 
 
Ümumiyyətlə, modemdə problem yarandıqda kompüter, planşet, smartfon kimi fərqli cihazlarla internet şəbəkənizə qoşulmağa çalışın. Bütün cihazlarda eyni vəziyyətdirsə, bu, internet bağlantısında problem olduğunu göstərir. Bu zaman modemi söndürüb, on dəqiqə bu vəziyyətdə saxlamaqda fayda var. Çünki modem uzun müddət fasiləsiz işlədiyinə görə, qızmış ola bilər. Yandırdıqdan sonra isə bir müddət gözləmək lazımdır.
 
Modem vasitəsilə internetə qoşula bilmək üçün kabellər düzgün nöqtələrə bağlanmalıdır. Yanlış əlaqələr internet  probleminə səbəb olur. Modemin qutusundakı təlimat kitabçası ilə markası və modeli barədə axtarış edərək düzgün kabel bağlantısını tapmaq mümkündür.
 
Kabelləri, əlaqəni və modemi yoxlayıb DNS ayarları dəyişdirməyə baxmayaraq, hələ də modemdə internet işığı yanmırsa, problem internet servis təminatçısındadır.
 

Google+ WhatsApp ok.ru