Moqerini: “Dağlıq Qarabağ münaqişəsinin tərəflərini şərtsiz danışıqlara çağırırıq”

Moqerini: “Dağlıq Qarabağ münaqişəsinin tərəflərini şərtsiz danışıqlara çağırırıq”

Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerini Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin tərəflərini ilkin şərtlər olmadan danışıqlara çağırıb.
 
Maide.Az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının diplomatiya xidməti Federika Moqerini və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşdən sonra açıqlama yayıb.
 
“Görüş əsnasında F.Moqerini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini bir daha  dəstəkləyib. Bu kontekstdə tərəflərin Minsk Qrupunun həmsədrlərinin himayəsi altında ilkin şərtlər olmadan tam şəkildə danışıqlarda iştirak etməsi son dərəcə vacibdir", bəyanatda vurğulanıb.
 

Google+ WhatsApp ok.ru