Moskvada Əfqanıstanla bağlı keçirilən toplantının yekun bəyanatı verilib

Moskvada Əfqanıstanla bağlı keçirilən toplantının yekun bəyanatı verilib

Moskvada Əfqanıstanla bağlı keçirilən toplantının yekun bəyanatı verilib  
 
SalamNews RT-ə istinadla xəbər verir ki, ötən gün Moskvada Rusiya, ABŞ, Çin və Pakistan nümayəndələrinin də qatıldığı toplantının yekun bəyanatında Əfqanıstanda sülh prosesi ilə bağlı mühüm müddəalar yer alıb.
 
Bəyanatda BMT Təhlükəsizlik Şurasının Əfqanıstanda sülhlə bağlı ötən il qəbul edilmiş 2513-cü qətnaməsinin, eləcə də Doha sülh danışıqlarının müddəaralarının yerinə yetirilməsi tələb olunub.
 
Bu bəyanatda Taliban hərəkatının daima tələb etdiyi “İslam Əmirliyi” haqda da bənd yer alıb. Burada bildirilib ki, Əfqanıstan xalqı özü öz müqəddəratını təyin etməlidir və öncədən hər hansı bir siyasi sistemin qəbul etidirlməsinin tələbi yersiz və əsassızdır.
 
Bu arada Taliban hərəkatı toplantının yekun bəyanatına etiraz edib.
 
Qeyd edək ki, bu toplantıda Əfqanıstan hökumətinin nümayəndə heyətinə ölkənin Milli Sülh Ali Şurasının rəhbəri Abdullah Abdullah başçılıq edib. Taliban nümayəndə heyətinə isə hərəkatın siyasi ofisinin rəhbəri Molla Bədadər başçılıq edib.

Google+ WhatsApp ok.ru