Moskvada üzən qəsəbələr və otellər tikiləcək

Moskvada üzən qəsəbələr və otellər tikiləcək

“Houseboat” Rusiya-Danimarka birgə şirkəti Moskvada üzən qəsəbələr və otellər tikmək niyyətindədir.
 
Maide.Az xəbər verir ki, bu barədə “Moskva” agentliyi məlumat yayıb.
 
Məlumata görə, Moskva kanalının üç su hövzəsində üzən yaşayış məntəqələri və otellər tikmək planlaşdırılır.
 
Yaşayış üçün nəzərdə tutulmuş gəmilər – “houseboat”lar Rusiyada yığılacaq. Hər belə gəminin sahəsi 100-160 kvadratmetr təşkil edəcək.
 
Bir qəsəbədə 13-30 üzən ev olacaq. /azertac /
 

Google+ WhatsApp ok.ru