Müsəlmanlar Moskva küçələrinə axışdı

Rusiyanın paytaxtı Moskvada minlərlə müsəlman Ramazan Bayramı ilə əlaqədar küçələrə çıxıb.
 
Bayram ənənəsinə uyğun olaraq müsəlmanlar məscidlərdə birgə dua etmək üçün yığışıblar. Rəsmilər bayram namazı ilə bağlı məscidlərə bir neçə min insanın gələcəyini proqnozşlaşdırıblar. Moskva vilayətində isə bu rəqəmin 80 min olacağı gözlənilir.
 
Paytaxt küçələrinə toplaşan müsəlmanların təhlükəsizliyini təmin etmək məqsədi ilə əraziyə 4 min polis əməkdaşı cəlb olunub.
 
Bayramla əlaqədar paytaxtda nəqliyyat vasitələrinin istiqamətləri də dəyişdirilib, məscidlərə yaxın ərazilərə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
 
Bayram günü yalnız nəqliyyatın hərəkəti deyil, açıq-saçıq reklam lövhələrinin yayımı da məhdudlaşdırılıb. Moskva meriyası məscidlərə yaxın yerlərdə quraşdırılmış bu qəbilədən olan reklam stendlərini söküb.
 
Artıq Rusiya Müftilər Şurasının (RMŞ) başçısı Ravil Qaynutdin bayram münasibətilə müsəlmanları təbrik edib.
 
Müsəlmanlar Moskva küçələrində bayram namazı qılır
 
Bayramdan bir necə gün öncə isə Moskvada Ramazan çadırı qurulmuşdu.

Google+ WhatsApp ok.ru