Müsəlman olmağınıza nə mane olur?

Müsəlman olmağınıza nə mane olur?

 
Cabir belə nəql edir:
 
قَدِمَ عَلَى النَّبِيِّ (ص) العاقِبُ والطَّيِّبُ فَدَعاهُما إلَى الإِسلامِ، فَقالا: أسلَمنا يا مُحَمَّدُ قَبلَكَ ! قالَ: كَذَبتُما، إن شِئتُما أخبَرتُكُما ما يَمنَعُكُما مِنَ الإِسلامِ. قالوا: فَهاتِ أنبِئنا. قالَ: حُبُّ الصَّليبِ وشُربُ الخَمرِ وأكلُ لَحمِ الخِنزيرِ، قالَ جابِرٌ: فَدَعاهُما إلَى المُلاعَنَةِ، فَواعَداهُ عَلى أن يُغادِياهُ بِالغَداةِ، فَغَدا رَسولُ‏اللّهِ (ص) وأخَذَ بِيَدِ عَلِيٍّ وفاطِمَةَ والحَسَنِ والحُسَينِ(ع)، ثُمَّ أرسَلَ إلَيهِما فَأَبَيا أن يُجيباهُ وأقَرّا لَهُ، فَقالَ رَسولُ اللّهِ (ص): والَّذي بَعَثَني بِالحَقِّ، لَو فَعَلا لَأَمطَرَ الوادِي عَلَيهِما نارًا. قالَ جابِرٌ: فيهِم نَزَلَت: «فَقُل تَعالَوا نَدعُ أبناءَنا وأبناءَكُم ونِساءَنا ونِساءَكُم وأنفُسَنا وأنفُسَكُم... »
 
“Aqiblə Təyyib (məsihi keşişləri) Peyğəmbərin (s) hüzuruna gəldiyi vaxt Həzrət (s) onları İslama dəvət etdikdə, onlar dedilər: “Ey Muhəmməd, biz səndən qabaq İslamı qəbul etmişik.” Peyğəmbər (s) buyurdu: “Yalan deyirsiniz və əgər istəsəniz, sizə deyərəm ki, müsəlman olmağınıza nə mane olur!” Dedilər: “Bizi (ondan) agah et!” Peyğəmbər (s) buyurdu: “Xaça pərəstiş, şərab və donuz əti.” Peyğəmbər (s) onları qarğışa (mübahiləyə) dəvət etdikdə, onlar ertəsi gün, sübh çağını təyin etdilər. Peyğəmbər (s) sübh tezdən Əli, Fatimə, Həsən və Hüseynin əlindən tutub yola düşdü və onlara da xəbər göndərdi ki, gəlsinlər. Lakin onlar imtina edib, Peyğəmbərin (s) haqq olduğunu etiraf etdilər. Peyğəmbər (s) buyurdu: “Məni haqq olaraq göndərənə and olsun, əgər fikirlərindən dönməsəydilər, bu dərə onlara od yağdıracaqdı!” Cabir deyir: “O zaman bu ayə onların haqqında nazil oldu: “De: “Gəlin, biz öz oğullarımızı, siz də öz oğullarınızı, biz öz qadınlarımızı, siz də öz qadınlarınızı, biz özümüzü (canımızı), siz də özünüzü çağıraq və sonra bir-birimizə qarğış edək...””
 
Şəbi, Cabirdən belə nəql edir:
 
«أنفُسَنا وأنفُسَكُم» رَسولُ اللّهِ| وعَلِيٌّ (ع)، «وأبناءَناوأبناءَكُم» الحَسَنُ ‏والحُسَينُ(ع)، «ونِساءَناونِساءَكُم» فاطِمَةُ(س).
 
“(Ayədə qeyd olunan) “ənfusəna...” (biz özümüzü...) – ifadəsində məqsəd Peyğəmbəri-Əkrəm (s) və Əli, “əbnaəna...” (biz öz oğullarımızı...) – ifadəsində məqsəd Həsən və Hüseyn, “nisaəna...” (biz öz qadınlarımızı...) – ifadəsində məqsəd isə Fatimədir (ə.s.).”
 
(“Dəlailün-nübuvvət”, Əbu Nəim, c.2, səh.353, hədis 244.)
 
Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru