'Müstəqillik Günü haqqında'qanun layihəsi qəbul edildi

'Müstəqillik Günü haqqında'qanun layihəsi qəbul edildi

“Müstəqillik Günü haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
 
Madie.Az  xəbər verir ki,  qanun layihəsi parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
 
Layihəyə əsasən, Azərbaycanda 28 Mayın "Müstəqillik Günü", 18 Oktyabrın "Müstəqilliyin Bərpası Günü" adlandırılması təklif edilir.
 
İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilir və qeyri-iş günüdür. Yeni qanun layihəsinə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək. 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur və bu gün rəsmi iş günü hesab edilir. Dəyişiklikdən sonra 18 Oktyabr "Müstəqilliyin Bərpası Günü" adlandırılacaq.
 
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
 

Google+ WhatsApp ok.ru