Müxtəlif ölkələrdə FİTR bayramı FOTOLARDA 06 İyun 2019 19:36 Şəvval Müsəlman ölkələrinin hər birində və dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanlar Fitr bayramını özlərinəməxsus şəkildə qeyd edir. Maide.Az xəbər verir ki, Fitr bayramı hər il mübarək Ramazan ayının sonunda müsəlmanlar tərəfindən təntənəli şəkildə keçirilən ən önəmli İslami bayramlardan biridir. Dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanlar bu bayramı yaşadıqları ölkələrdə olan qanunlar çəçivəsində sevinclə qeyd edir. Bəzi ölkələrdə yaşayan müsəlmanlar mübarək Ramazan ayının sonunda üç gün Fitr bayramı şənliyi keçirir. Bəzi müsəlmanlar isə qeyri- İslami ölkələrdə yaşadıqları üçün bu bayramı öz aralarında qeyd etsələr də dövlət tərəfindən bayram münasibəti ilə xüsusi bir tədbir və ya tətil yoxdur. Vətənimiz Azərbaycanda Ramazan ayının sonunda 2 gün bayram elan olunur. Bayramın ilk günü ölkənin müxtəlif bölgələrində məscidlərdə bayram namazı qılınır. İnsanlar bir-birlərini təbrik edir və şirniyyatlar paylanılır. Bayram təntənəsi Kuveyt, Qətər, BƏƏ, Əfqanıstan və İraqda həftənin ikinci günü, Azərbaycan, İran, Nigeriya, Misir, Suriya, İordaniya, Yaponiya, Malaziya, Hindistan, Avstraliya və digər bölgərində həftənin çərşənbə günü qeyd olunub. Azərbaycan, Bakı İran, Tehran Amira, 10 aylıq qız usage, Buxarest / Ruminiya Əfqanıstan, Məzar-Şərif möminləri fitr namazını qılmaq üçün Kəbud məscidinə gəlir Suriyanın Dəməşq şəhərində Hərəm Müdafiəçilərinin iştirakı ilə Fitr bayramı namazı İstanbul, Suleymaniyə məscidi Efiopiya, Əddis-Əbəbə stadionu- Fitr bayramı namazı Beytül-Müqəddəs, bayram şirniyyatı Konqo Demokratik Respublikasının paytaxtı Kinşasa Rusiya, Moskva Nigeriya, Abudje Pişəvərdəki məsciddə olan uşaqlar Ramazan bayramı münasibətilə əllərini boyayıb Teqlər : #Müxtəlif,#ölkələrdə,#FİTR,#bayramı,#FOTOLARDA, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şəvval ayı üçün əlamətdar İslami günlər İmamzadə Şah Əbdüləzim Həsəninin (ə) həyatına qısa bir baxış