Nablus şəhərində 14 fələstinli yaralanıb

Sionist hərbçilər Nablus şəhərinin cənubunda 14 fələstinli yaralayıb.
Maide.az xəbər verir ki, İordan çayının Qərb sahilinin şimalınd sionistlərin şəhərsalmanı genişləndirməsi üzrə cinayət işi ilə məşğul olan Ğəssan Dağles bildirib ki, işğalçı rejimin hərbçiləri çərşənbə günü gecə Nablus şəhərinin cənubunda yerləşən Qəsre kəndinə hücum edərək fələstinlilərlə toqquşma yaradıblar.
Dağles əlavə edib ki, sionist hərbçilər fələstinli gənclərə döyüş və plastik güllələrdən atəş açaraq ən azı 14 nəfərə xəsarətlər yetiriblər.
Bu fələstin rəsmisi vurğulayıb ki, işğalçı rejimin hərbçiləri habelə Qəsre kəndinin şərqində fələstinli gəncləri dağıtmaq üçün onlara tərəf gözyaşardıcı qazdan atəş açıb və ən azı 20 gənc də zəhərli qazdan zəhərlənərək boğulma və təng nəfəs olublar.
Dəğləs bildirib ki, toqquşmanın yaranmasına səbəb bir sıra sionist mühacirlərin Qəsre kəndinə hücum etmək niyyəti olub, lakin yerli əhali xüsusilə də kəndin gəncləri hücumları dəf edərək onları geri çəkilməyə məcbur ediblər.
 Toqquşmadan sonra, İsrail hərbçilər sionist mühacirlərə dəstək vermək üçün Qəsre kəndinə hücuma keçərək fələstinlilərə atəş açmış və gözyaşardıcı qazdan istifadə ediblər. /
 

Google+ WhatsApp ok.ru