Nablusda  Fələstinlilər və işğalçı  rejim hərbiçiləri arasında qarşıdurma

Nablusda Fələstinlilər və işğalçı rejim hərbiçiləri arasında qarşıdurma

İşğal olunmuş   Nablusda Yusif Peyğəmbərin (ə)qəbrinə ifratçı yəhudi qəsəbə sakinlərinin  soxulmasının ardınca Fələstinlilər və  işğalçı İsrail rejimi  hərbiçiləri arasında güclü qarşıdurma baş verib.
 
Maide.Az xəbər verir ki, bu gün 1600-a yaxın yəhudi  qəsəbə  sakini Həzrət Yusif Peyğəmbərin  məqbərəsinə soxulublar.Bundan sonra Fələstinlilər ilə  hərbiçilər arasında güclü qarşıdurma baş verib.  İşğalçı rejim hərbiçiləri Fələstinliləri dağıtmaq üçün plastik güllələrdən,  gözyaşardıcı qaz  və səs  bombalarından istifadə ediblər.
 
Həmçinin işğalçı rejim hərbiçiləri  Qərb sahilində və Qüdsdə 25 fələstinlini saxlayıblar. (presstv)
 

Google+ WhatsApp ok.ru