Namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin apellyasiya şikayətinin vaxtı bilindi

Namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin apellyasiya şikayətinin vaxtı bilindi

Sentyabrın 11-də Şirvan Apellyasiya Məhkəməsində həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin apellyasiya şikayətinə baxılacaq.
 
Maide.Az xəbər verir ki, bu haqda S.Hacıhəsənlinin vəkili Cavad Cavadov deyib.
 
“Sərdar Hacıhəsənlinin (Babayev Sərdar Akif oğlunun) 3 il müddətinə məhkum edilməsinə dair Masallı rayon Məhkəməsinin hökmündən verdiyimiz apellyasiya şikayətinə 11 sentyabr 2017-ci il tarixdə saat 14:30-da Şirvan Apellyasiya Məhkəməsində baxılacaq”, -deyə C.Cavadov bildirib.
 

Google+ WhatsApp ok.ru