İnanclı Şamil Həsənova hökm oxunub 27 Oktyabr 2020 14:31 Hüquq İnanclı Şamil Həsənova hökm oxunub. Maide.Az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə inanclı Şamil Həsənov 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Qeyd edək ki, iyun ayının 22-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılan Şamil Həsənov sonradan AR Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) maddəsilə ittiham olunub. Ailəsi ittihamla razılaşmayıb və Şamil Həsənovun sifarişlə həbs edildiyini qeyd edirlər. Xatırladaq ki, səhhətində ciddi problemlər olan və 3 övlad atası olan Şamil Həsənov qısa müddət öncə beyin xərçəngindən əziyyət çəkdiyi üçün əməliyyat olunub. Ailəsi bildirir ki, hazırda dərmanlar hesabına yaşayan Ş. Həsənovun həyatı təhlükədədir. Çünki o, polis yox, həkim nəzarəti altında yaşamalıdır. Teqlər : #İnanclı,#Şamil,#Həsənova,#hökm,#oxunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Elçin Məmməd 4 il həbs cəzası alıb Əfqan Sadıqov yeddi il azadlıqdan məhrum edilib