İnanclı fəal Elvin Mürvətoğlu azadlığa çıxıb

İnanclı fəal Elvin Mürvətoğlu azadlığa çıxıb

 İnanclı fəal, şair Elvin Mürvətoğlu bu gün (red- 13 sentyabr) azadlığa çıxıb.
 
Maide.Az xəbər verir ki, Elvin Mürvətoğlunu saxlanıldığı CÇM qarşısında yaxınları, dostları və onu sevənlər qarşılayıblar.
 
Onun  17 saylı CÇM-də vaxtından əvvəl həbs müddətini bitirərək azadlığa çıxdığı diqqətə çatdırılır.
 
 Xatırladaq ki, Elvin Mürvətoğlu cəmiyyətdə yazdığı şeirlər və mahnılar ilə tanınıb. İnanclı fəal, şair Elvin Mürvətoğlunu ötən il martın 13-də   qanunsuz silah saxlamaq maddəsi ilə ittiham olunaraq həbs olunub. Elvin Mürvətoğlu elə həmən ilin 25 sentyabr tarixində 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Google+ WhatsApp ok.ru