NATO-nun Moskvadakı xüsusi qurumunun fəaliyyəti dayandırılacaq 19 Oktyabr 2021 15:02 Xəbərlər Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bu ölkənin səkkiz diplomatının NATO-dan çıxarılmasına münasibət bildirib. Maide.Az TASS-a istinadən xəbər verir ki, Peskov bu barədə jurnalistlərə açıqlamasında məlumat verib. O bildirib ki, Rusiyanın səkkiz diplomatının NATO-dan çıxarılması ilə bağlı cavab tədbirləri kimi adevkat addımlar atılacaq. “Dəfələrlə demişik ki, tanqonu tək oynamaq mümkün deyil və biz bunu etməyəcəyik. Buna adekvat cavab isə NATO-nun Moskvadakı hərbi əlaqə missiyasının və qurumun məlumat bürosunun işinin noyabrın birindən etibarən dayandırılmasıdır", - D.Peskov deyib. Qeyd edək ki, bu günlərdə Rusiyanın səkkiz diplomatı NATO-dan çıxarılıb. Teqlər : #NATOnun,#Moskvadakı,#xüsusi,#qurumunun,#fəaliyyəti,#dayandırılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Livan parlament seçkilərinin vaxtı açıqlanıb Ukrayna Ali Radasının yeni I vitse-spikeri seçilib