NATO dinc sakinləri hədəfə aldı: 8-i uşaq olmaqla 11 nəfər öldü 19 Fevral 2020 15:36 Dünya Əfqanıstanın Herat vilayətində NATO qüvvələrinə aid pilotsuz uçan aparat vasitəsilə içində mülki vətəndaşların olduğu nəqliyyat vasitəsi hədəfə alınıb. Bu barədə Herat Şura rəsmisi Mehdi Hədid açıqlama verib. Hadisə Heratın Köşki Rubatsangi rayonunun Köşke Kuhna bölgəsində olub. Hədid hücum nəticəsində 8-i uşaq olmaqla 11 dinc sakinin həyatını itirdiyini bildirib. Herat vilayəti rəsmisi Ceylani Farhad isə hücumda 3 "Taliban" üzvünün öldürüldüyünü, mülki vətandaşların ölümü ilə əlaqədar araşdırılma aparıldığını diqqətə çatdırıb. Hücumda həyatını itirənlərin yaxınlarından Əli Can isə vurulan nəqliyyat vasitəsində heç bir terror təşkilatı üzvünün olmadığını deyib. Qeyd edək ki, Herat vilayətində NATO tərkibində xidmət edən ABŞ hərbi bazası var. /eastnews.org/ Teqlər : #NATO,#dinc,#sakinləri,#hədəfə,#aldı:,#uşaq,#olmaqla,#nəfər,#öldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Koronavirusdan ən çox bu xəstəliyin daşıyıcıları ölür BMT: Uşaqların gələcəyi təhlükə altındadır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO