Nazirlik: Şənbə gününə dərslərin salınması ali məktəblərin öz ixtiyarındadır

Nazirlik: Şənbə gününə dərslərin salınması ali məktəblərin öz ixtiyarındadır

"Əgər universitetlərdə müəyyən qruplarda koronavirusa kütləvi yoluxma halı olacaqsa, o zaman həmin qruplarda dərslərin dayandırılması ilə bağlı təhsil müəssisəsi özü qərar verəcək".
 
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.
 
O bildirib ki, şənbə gününə dərslərin salınması da ali təhsil müəssisəsinin öz ixtiyarındadır: “Təhsil müəssisəsi istədiyi halda şənbə günləri də tədrisin keçirilməsini nəzərdə tuta bilər. Şənbə günləri ictimai nəqliyyatın işləməməsi aktual məsələdir. Sözsüz ki, bununla bağlı müvafiq orqanlar artıq qərar verməli olacaqlar”.
 

Google+ WhatsApp ok.ru