Neftsiz ixrac 9,7 faiz azalıb

Neftsiz ixrac 9,7 faiz azalıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni ixrac icmalı yayıb.
 
Hesabata görə, 2020-ci ilin yanvar-avqust aylarında Azərbaycandan 1 milyard 153 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı qeydə alınıb. Sektor üzrə ixracın ötən ilin səkkiz ayı ilə müqayisədə 9,7 faiz azaldığı vurğulanır.
 
Səkkiz ayda Rusiyaya 450,3 milyon, Türkiyəyə 226,9 milyon, İsveçrəyə 138,5 milyon, Gürcüstana 92 milyon, Çinə 32,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunduğu bildirilir: “İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) ikinci, pambıq mahlıcı üçüncü olub”. /novator.az/
 

Google+ WhatsApp ok.ru