Neymar Dünya Çempionatının növbəti oyunlarında iştirak edə bilməyəcək 05 İyul 2014 01:00 İdman Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari Neymarın ciddi zədələndiyini açıqlayıb Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari Neymarın ciddi zədələndiyini açıqlayıb. O, hücumçunun iyulun 8-də Almaniyaya qarşı keçiriləcək yarımfinal oyununa yetişməsinin böyük sual altında olduğunu vurğulayıb. Neymar Kolumbiya ilə oyunun sonuna yaxın zədələnib. O, rəqibin müdafiəçisi Kamilo Tsunqo ilə toqquşmadan sonra yerə yıxılıb və xərəkdə meydandan çıxarılıb. 22 yaşlı futbolçunun belində ciddi problemlər yaşandığı bildirilir. Neymar oyundan sonra hospitala aparılıb. Skolari Neymarın ağrıdan ağladığını da qeyd edib: “Həkimlərin sözlərinə görə, onun Almaniya ilə görüşə qədər sağalması möcüzə sayıla bilər”. Teqlər : #Neymar Dünya Çempionatının növbəti oyunlarında iştirak edə bilməyəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Qəbələ”dən uğursuz start, “İnter” Moldovadan qələbə ilə qayıdır İŞİD terror qruplaşması FİFA-nı hədələyib