İngiltərənin 145 yaşlı futbol klubu dağılır 26 Avqust 2019 16:40 İdman İngiltərənin ən köklü futbol klublarından biri dağıla bilər. Hazırda 1-ci liqada çıxış edən “Bolton” maliyyə problemi ilə üzləşdiyi üçün fəaliyyətini dayandırmağa yaxındır. Avqutsun 24-də klubun satışı ilə bağlı növbəti sövdələşmə baş tutmayandan sonra İngiltərə Futbol Liqası “Bolton”a bu ayın 27-dək vaxt qoyub. Çərşənbə axşamına qədər müştəri tapılmasa, Bolton şəhərinin eyni adlı təmsilçisi ləğv ediləcək. Qeyd edək ki, 1874-cü ildə yaradılan “Bolton” son olaraq 2011/2012 mövsümündə İngiltərə Premyer Liqasında çıxış edib. Klub 4 dəfə ölkə kubokunu, 1 dəfə isə Superkuboku qazanıb. /Report Teqlər : #İngiltərənin,#145,#yaşlı,#futbol,#klubu,#dağılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yunan-Roma güləşi üzrə yığmamız Dünya çempionatında ikinci yeri tutub Sabah metro gücləndirilmiş rejimdə işləyəcək