İngiltərədə mənzil böhranı artıb

İngiltərədə mənzil böhranı artıb

İngiltərədə rəsmi rəqəmlər bir il içində evsizlərin sayının 23 faiz artdığını göstərib.
 
 2019-cu ilin göstəricilərinə görə, 68 min 170 nəfər evsizdir. Keçən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artım qeydə alınıb.
 
Evi olmayan şəxslərə xeyriyyə məqsədilə yaradılan Şelter sığınacağının direktoru mənzil böhranının ağır həddə çatdığını söyləyib və hökumətin ən qısa müddətdə addım atmasının vacib olduğunu qeyd edib.
 
Xatırladaq ki, seçki kampaniyası zamanı Mühafizəkarlar Partiyası mənzil böhranına qarşı tədbirlər görəcəyini açıqlamışdı. /azertac
 

Google+ WhatsApp ok.ru