Nigeriyada milyonlarla uşagın təhsilinə təhlükə yaradan SƏBƏB

Nigeriyada milyonlarla uşagın təhsilinə təhlükə yaradan SƏBƏB

Bir milyon nigeriyalı uşaq adam oğurluğu və təhlükəsizlik səbəbiylə yeni dərs ilində təhsildən məhrum olacaq.

 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) verdiyi açıqlamada bildirilib.
 
Məlumatda deyilir ki, Nigeriyanın şimalındakı məktəblər valideynlərdən pul almaq üçün silahlı qruplar tərəfindən geniş yayılmış adam oğurluğu hədəfinə çevrilib.
 
Adam oğurluqları ilk dəfə “Boko Haram” terror qruplaşması tərəfindən həyata keçirilirdi. Hazırda ölkədəki bütün cinayətkar qruplar pul tələb etmək məqsədilə adam oğurluğunu adi bir üsul halına çevirib.
 
UNİSEF bildirir ki, cari ildə Nigeriyada 20 məktəbə hücum olunub. Bu hücumlar nəticəsində 1400 məktəbli qaçırılıb və onlardan 16-sı qətlə yetirilib.
 
Məlumata görə, cari ildə 200-dən çox məktəbli itkin düşüb.
 
UNİSEF-in Nigeriyadakı nümayəndəsi Peter Hawkins bidlirib ki, ailələr məktəblərə edilən hücumlar və Nigeriyada şagirdlərin qaçırılması səbəbiylə uşaqlarını təhsildən uzaqlaşdırırlar.
 

Google+ WhatsApp ok.ru